Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

İlin sonunda 1 dollar 1.90 manatdan baha satıla bilər - ŞOK PROQNOZ

dollar-manatÖtən oktyabr ayının 17 və 18-də 1 ABŞ dolları 1.5969 manat səviyəsinədək düşmüşdü. Ötən 25 gün ərzində Dollar 0.09 manat və ya 5,6% bahalaşaraq bu gün 1.6869 manata qalxıb. Artıq bir çoxları dolların belə bir sürətlə qalxmasından narahatlıq keçirir.

Xeberinfo.com:  “Marja”nın məlumatına görə, əgər, Mərkəzi Bankın müdaxiləsi olmasa və Dolların bahalaşması son 25 gündəki sürətlə davam edərsə, ilin sonunda 1 dollar 1.87-1.88 aralığındakı səviyyələrədək çıxa bilər. Dolların bahalaşmasının sürəti bir az aşağı olarsa belə, 1 dollar 1,8 manat səviyyəsinin üzərinə qalxa bilər. Bu ssenarilər reallaşarsa banklar 1 dolları 1 manat 90 qəpikdən baha satacaqlar.

Əgər Mərkəzi Bank və Neft Fondu birlikdə valyuta hərracında böyük məbləğdə valyuta satarlarsa Dolların bahalaşması səngiyə və ya düşə bilər.

Məsələ burasındadır ki, Mərkəzi Bank ehtiyatlarını maksimum qoruyub saxlamaq istəyir. 31.10.2016-cı il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 4 milyard 5,5 milyon dollar təşkil edib.

Dövlət Neft Fondu isə bildirib ki, Fond manata ehtiyacı olduqca dollar sata bilər.

Dolların məzənnəsinin qalxması Mərkəzi Banka və Neft Fonduna ehtiyatlarını az da olsa qorumağa kömək edir. Məzənnə yüksəldikcə, tələb olunan manat vəsaiti üçün Daha az dollar satılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam