Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“İlin sonunadək 1 dollar ən azı 1,80 AZN olacaq”- ŞOK PROQNOZ

dollar_euro_090415

 

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında dolların nağd satışında yenidən qıtlıq yaranmağa başlayıb. Bakı şəhərinin mərkəzində yerləşən kommersiya banklarında apardığımız müşahidələr nəticəsində məlum olub ki, bir sıra banklarda dolların satışı dayandırılıb, digər xarici valyutaların satışına müəyyən məhdudiyyətlər qoyulub.

Xeberinfo.com: Sözügedən məsləylə bağlı fikirlərini bizimlə bölüşən iqtisadçı-ekspert Samir Əliyev Gununsesi.info saytına bildirib ki, hazırda valyuta bazarında nağd dollar qıtlığı müşahidə olunur. Onun sözlərinə görə, Mərkəzi Bankın həftədə iki dəfə valyuta hərracı keçirməsinə baxmayaraq, son bir neçə ayda tələb təklifi üstələyib: “Belə ki Mərkəzi Bankı həftədə bazar 50 milyon dollar çıxarır. Amma dollara olan tələbat 600-700 milyon həddindədir. Məhz bu amil manatın uçuzlaşmasına səbəb olur”.

Mütəxəssisin dediyinə görə, bu gün dollara olan tələbat çox yüksəkdir. Bunun isə bir neçə səbəbi var: “İlk olaraq iri bankların özlərinin borc öhdəlikləri var və bu borcları geri qaytarmaq üçün dollar tələb olunur. Digər problem isə turizmlə bağlıdır. Belə ki Azərbaycan vətəndaşları qonşu Gürcüstana, Türkiyəyə, Rusiyaya turist kimi səfər edirlər. Valyuta bazarında nağd dollar qıtlığının digər səbəbi isə Azərbaycana idxal olunan mallarını həcminin artmasıdır. Bu da dollara olan tələbatı artırır. Eyni zamanda, bankların da dollara olan ehtiyacı artır, amma banklar bu ehtiyacı qarşılaya bilmirlər. Nəticədə banklar əllərindəki valyutanı ya məhdud həcimdə satışa çıxarır, ya da çıxarmır. Çünki bankların da öz müştəriləri qarşısında öhdəlikləri var”.

Ekspert xatırladıb ki, bu ilin may ayında manat dollara nisbətən möhkəmlənmişdi: “Amma iyun ayından başlayaraq manat 3 faiz ucuzlaşıb. Bu proses son 3 aydır ki, davam edir. Bu müddət ərzində manat 10 faiz dəyər itirib. Kəskin devalvasiya olmasa da, bunu yumuşaq devalvasiya adlandırmaq olar. Hökümət növbəti devalvasiyan getməkdə maraqlı deyil. Hesab edirəm ki, hökümət imkan daxilində kəskin devalvasiyaya getməyəcək. Amma manatın ucuzlaşması prosesi ilin sonunadək davam edəcək”.

S. Əliyev “Bu ilin sonuna kimi 1 dollar 2 AZN ola bilərmi” sualına isə cavabında diqqətə çatdırıb ki, 1 dollar 2 AZN və ya 2,20 AZN olacağı ilə bağlı indidən proqnoz vermək çox çətindir: “Amma proses bu templə davam edərsə, hesab edirəm ki, ilin sonunadək 1 dollar ən azı  1,80 AZN həddində olacaq. Hər bir halda ilin sonuna qədər manat ucuzlaşmaqda davam edəcək. Eyni zamanada manatın ucuzlaşması əhalinin sosial vəziyətinə də təsirsiz ötüşməyəcək. Hələ də Mərkəzi Bank tərəfindən həyata keçirilmiş devalvasiyanın nəticələri ortadan qaxmayıb. Belə ki, ölkədə qiymət artımı davam edir. Manat ucuzlaşdıqca həm idxal olunan, həm də yerli istehsal malların qiyməti də qalxır. Çünki xammall xaricdən gəlir. Məsələn, şəkər, çay. Məhz manatın ucuzlaşması həm yerli, həm də xarici malların qiymətinə bu və ya digər formada təsir göstərir. Qiymət artımı ilə paralel maaş da artmalıdır. Əgər maaş artmırsa, o zaman əhalini sosial vəziyəti getdikcə ağırlaşır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam