Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Mərkəzi Bankda yaxın bir-iki ay ərzində növbəti devalvasiya ola bilər"

 

Qadir İbrahimli: “Azərbaycanda  dollara tələbatın artması belə bir qənaətə gəlməyə imkan verir ki, Mərkəzi Bank növbəti devalvasiyaya gedəcək”
 
Vüqar Bayramov: “Cari tendensiyaları nəzərə alaraq, demək olar ki, Mərkəzi Bank mövcud məzənnəni qoruyub, saxlayacaq”
Azərbaycan mətbuatı Avropa Oyunlarından və parlament seçkilərindən sonra baş verəcəyi gözlənilən növbəti devalvasiyadan yazır. İddialara görə, Mərkəzi Bank hazırda manatı saxlamaq üçün ayda 1,5 milyard xərcləyir. Əgər neftin qiyməti ilə bağlı durum dəyişməsə növbəti devalvasiya qaçılmazdır. 
Məlumata görə, bu iddialarla bağlı açıqlama verən iqtisadçı ekspert Qadir İbrahimli devalvasiyanın gözlənilən olduğunu bildirib: “Dünya bazarında neftin qiyməti  2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan 90 dollardan xeyli aşağıdır. O cümlədən, Azərbaycan iqtisadiyyatında dollarlaşma tendensiyasının güclənməsi, dollara tələbatın artması belə bir qənaətə gəlməyə imkan verir ki, Mərkəzi Bank növbəti devalvasiyaya gedəcək.  Son tendensiya bundan xəbər verir”. 
Ekspertin sözlərinə görə, növbəti devalvasiya və dolların bahalaşması iqtisadiyyatda dollarlaşmanın səviyyəsini artıracaq, əhalinin gəlirlərini azaldacaq, Azərbaycan iqtisadiyyatının rəqabətə davamlılığını azaldacaq, ölkəni idxal məhsullarından asılı vəziyyətə salacaq: “Mərkəzi Bankın sədri Elman Rüstəmov 21 fevral devalvasiyasında bildirmişdi ki, manatın devalvasiyası ixracı artıracaq. Ancaq son 4 ayın nəticələri göstərir ki, idxal artıb, ixrac azalıb. Təəssüf ki, bu tendensiya var və növbəti devalvasiya olarsa, daha da güclənəcək. Yaxın bir-iki ay ərzində növbəti devalvasiya ola bilər. Bu, daxili və xarici faktorlardan asılıdır. Hazırda dünya bazarında  neftin qiymətini iqtisadi deyil, siyasi faktorlar müəyyənləşdirir. Bu baxımdan, neftin qiymətinin gələcəkdə necə dəyişəcəyini proqnozlaşdırmaq çətindir”. 
İqtisadçı ekspert Vüqar Bayramov isə bu iddiaları əsassız adlandıraraq, bu ilin sonuna qədər Mərkəzi Bankın devalvasiyaya getməyəcəyini bildirdi: “Dolların məzənnəsinin manata nisbətən aşağı düşməsi, o cümlədən, valyuta bazarında dolların bahalaşması təkcə daxili faktorlarla deyil, eyni zamanda müxtəlif səbəblərlə bağlıdır. Nəzərə alsaq ki, manatın məzənnəsi eyni zamanda ölkəyə daxil olan valyutaların həcmindən asılıdır. Azərbaycan ixracatının təxminən 95 faizini neft məhsulları təşkil etdiyindən neftin dünya bazarındakı qiymətindən birbaşa asılıdır. Çünki, ölkəyə daxil olan valyutaların məbləğini praktik olaraq müəyyənləşdirir. Ölkəyə nə qədər çox valyuta daxil olursa, bu, Mərkəzi Banka imkan verir ki, manatın məzənnəsini bir o qədər sabit saxlasınlar. Mərkəzi Bank artıq 2015-ci ildən ikivalyutalı səbətə keçib. İkivalyutalı səbətdə artıq avronun çəkisinin artması müşahidə olunur. Bu isə o deməkdir ki, manatın məzənnəsi eyni zamanda avronun dollara nisbətən məzənnəsindən də asılıdır. Əgər avronun dollara nisbətən məzənnəsində möhkəmlənmə müşahidə olunsa, bu eyni zamanda özünü manatın kursunda da göstərəcək. Əksinə, avronun dollara nisbətən məzənnəsi yumşalırsa, manat da dollar qarşısında dəyər itirir. Yaxın vaxtlarda dolların dəyərdən düşməsi və ya manatın bahalaşması gözlənilmir. Bununla belə, Mərkəzi Bank çalışacaq ki, kəskin devalvasiyaya getməsin”. 
İqtisadçı ekspert onu da bildirdi ki, yay aylarında idxaldan asılılığın azalması da dollara tələbatın azalmasına səbəb olur və bu, manatın ucuzlaşmasının qarşısını alır: “Yay aylarında mövsümi olaraq istehlak bazarında satılan məhsulların böyük bir qismi yerli məhsullardır. Bu, idxalın azalmasına və ölkədən çıxan valyutanın həcminin məhdudlaşmasına səbəb olur. Bu da manatın məzənnəsinin saxlanılması baxımından arzuolunandır. Əksinə yay aylarında neftə tələbat artır. Bu baxımdan Mərkəzi Bank çalışacaq ki, yaxın müddətdə kəskin devalvasiyaya getməsin. 2015-ci ilin növbəti aylarında Mərkəzi Bank intervensiya xərcləri hesabına olsa belə, devalvasiyaya getməməyə çalışacaq. Azərbaycanda manatın məzənnəsinin sərbəst olmaması və Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməsi proqnoz verməyə çətinlik yaradır. Amma mövcud tendensiyaları nəzərə alaraq, demək mümkündür ki, Mərkəzi Bank mövcud məzənnəni qoruyub, saxlayacaq. Yaydan sonrakı mövsümdə manatın məzənnəsi dolların dünya bazarındakı rolundan, neftin dünya bazarındakı qiymətindən və Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmindən asılı olacaq”. 
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam