Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

"Manatın kursuna I Avropa Oyunları deyil, neftin qiyməti təsir göstərir"

 

I Avropa Oyunlarından əvvəl manatın ucuzlaşacağı ilə bağlı fikirlər səslənirdi. İddialara aydınlıq gətirən ölkənin baş bankiri Elman Rüstəmov bildirib ki, neftin qiymətində ciddi dəyişikliklər baş verərsə, yəni 40 dollar olsa belə, bu, Azərbaycan üçün təhlükəli deyil.

 

"Xeberinfo.com":   Mərkəzi Bankın sədri bildirib ki, biz risk zonasından əhəmiyyətli dərəcədə uzağıq və belə olan halda manatla bağlı heç bir problem görmürəm.

İqtisadçı ekspert Samir Əliyev azvision.az-a açıqlamasında bildirib ki, manatın kursuna I Avropa Oyunları deyil, dünya bazarında neftin qiyməti təsir göstərir. 

“Ötən il 110 dollar olan neft sonradan 47 dollara kimi ucuzlaşdı. Birdən-birə kəskin ucuzlaşma nəticəsində manat təzyiq altında qaldı. Bunun nəticəsində fevral ayında devalvasiya baş verdi. Həmin dönəmdə insanlar əmanətlərini dollara çevirirdi. Bu da manata müəyyən təzyiqlər idi. Bir sözlə bazarda ajiotaj yaranmışdı. Mərkəzi Bank isə olan ehtiyatını xərcləməklə bu tələbatı müəyyən qədər ödəyə bildi. 
Hazırda sakitlik müşahidə olunur. Ona görə də hələ ki, manatın məzənnəsi üçün bir təhlükə yoxdur. Devalvasiyadan sonra manat müəyyən dövrdə ucuzlaşıb-bahalaşır. 
Güman edirəm ki, neftin qiymətinin ucuzlaşması manatın məzənnəsinə mütləq mənfi təsir göstərməlidir. Söhbət ucuzlaşmanın hansı müddətə qədər davam edəcəyindən gedir”. 

İqtisadçı bildirib ki, neftin qiyməti 50 dollardan aşağı düşərsə, Mərkəzi Bank yumşaq devalvasiyaya gedəcək: “Burada manatın dollara nisbətən məzənnəsinin tədricən aşağı salınmasından söhbət gedir. Əgər neftin qiyməti 40 dollar səviyyəsinə qədər enərsə, bu halda düşünürəm ki, manat çox böyük təzyiq altında qalacaq və ikinci bir devalvasiya qaçılmazdır. Bu ucuzlaşmanın daha çox müddətindən asılıdır. Əgər qiymətin enib-qalxması qısa müddətdə olarsa, güman ki, bu baş verməsin. Əgər ucuzlaşma uzun müddətli olarsa, artıq manatın devalvasiyası məsələsi gündəmə gələ bilər. 
İlin sonu yaxınlaşır və Neft Fondunun büdcəsi ilə bağlı problem yarana bilər. Maliyyə naziri Samir Şərifov bu ilin 6 ayı ilə bağlı açıqlama verdi. Məlum oldu ki, Neft Fonduna edilən transferlər nəzərdə tutulandan az olub. Hətta bu devalvasiyadan sonraki dövrə aiddir. 771 milyon kəsir olub. Devalvasiya olmasaydı, bu rəqəm 1 milyarddan da çox ola bilərdi”. 

Ekspert qeyd edib ki, bundan sonra da Neft Fonduna edilən transferin həcminin azalması müşahidə ediləcək.

“Büdcə xərclərini ixtisar etməklə müəyyən qədər problemləri həll etmək olar. Yaxud da məcburdur ki, yenidən devalvasiyaya gedilsin. Hər bir halda manatın məzənnəsi üçün iki əsas vacib məsələ var. Neft nə qədər ki, indiki səviyyədədir, elə bir ciddi təsir yoxdur. Ən azından ilin sonuna qədər təsir olmayacaq. İkinci isə kapital axınıdır. Ölkədə kapital axını varsa, bu manatı təzyiq altında saxlayacaq və Mərkəzi Bank məcbur olacaq ki, kapital axının qarşısını almaq üçün öz valyuta ehtiyatlarını xərcləsin. Bu iki məsələ həllini taparsa, manat üçün heç bir təhlükə yoxdur. Yox, əgər bu iki məsələdən biri özünü qabarıq şəkildə göstərərsə, manat təzyiq altında qalacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam