Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

"AL MARKET" mağazalar şəbəkəsində yalançı endirimlər-FOTOFAKT

“Al Market” mağazalar şəbəkəsi cərimələnib
Artıq son dövrlər marketlərdə  məhsulların "saxta endirim" kompaniyası  bir növ ənənə halı alıb. 22.10.2025-ci il tarixdə növbəti bu cür bir halla qarşılaşmışam, belə ki, günorta saatlarında yaşadığım əraziyə yaxın, Nəsimi rayonu Asif Məhərrəmov 174 ünvanında yerləşən "Al Marketə", evdə istifadə olunan bəzi şeyləri almağa getmişdim.
Yenixeber.org: Elə mağazanın girişindəcə  tualet kağızların endirimdə  olduğunu gördükdə, ağır olmasın deyə bir bağlama həmin kağızlardan və bir iki  xırda şeylər götürüb ödəniş etdim. Bu arada onu da qeyd edim ki, eynəksiz olduğumdan bank kartından nə qədər vəsait çıxıldığını və kassa çekində hansı vəsaitin olduğuna baxmadan  mağazadan çıxıb evə getdim. Yalnız axşam saatlarında təkrar mağazaya qayıdıb günorta saatlarında ala bilmədiklərimin dalınca getməyə hazırlaşanda günorta etdiyim alış-veriş müqabilində birbank tətbiqindən telefonuma gələn 17.59 manat məbləği gördüm. Açığı özümə də təəccüblü gəldi və mağaza çekinə baxanda orada "endirimdə" olan tualet kağızının elanda yerləşdirildiyi kimi 11.99 manat yox, 14.99 manat olduğunu gördüm. Əlqərəz evdən çıxıb mağazaya yollandım. Artıq axşam saat 7 tamam idi. İçəri daxil olub kassaya yaxın stulda əyləşmiş xanıma əlimdəki çeki təqdim edib hələ də girişdə üzərində böyük hərflərlə "ENDİRİM SUN 11.99" qeydlər olan kağızı göstərib baş verənlərin izahı barədə sorğu etdim. Xanıma bildirdim ki, günorta bu məhsul üçün məndən, göstərildiyi kimi 11.99 yox, 14.99 qəpik vəsait alınıb. Söz ağzımdan  çıxar-çıxmaz xanım yerindən durub "endirim" bildirən kağızı məhsulun üzərindən çıxara-çıxara, "bu məhsulun endirim vaxtı bitib" dedikdə, dedim  xanım, əl saxlayın mən bunu çəkəcəm. Mağaza işçisi ciddi-cəhdlə məni inandırmağa çalışdı ki,məhsulun üzərindəki endirim  sadəcə yaddan çıxıb qalıb. Dedim ay xanım, mən günorta saat 2 də alış-veriş etmişəm, indi saat 7 tamamdır, necə ola bilər ki, siz artıq günorta saatlarından endirimdən çıxmış məhsulu 5 saat ərzində hələ də endirimdə olduğu kimi axşam saat 7-yə kimi satışda saxlamısınız. Əlbəttə bu sadəcə özünümüdafiədən başqa bir şey deyildi və verdiyim sual cavabsız qaldı. İndi mən buradan "AL MARKET"- lər şəbəkəsinin rəhbərliyinə  üz tuturam, cənablar! Bu birinci və sonuncu hal deyil, nə vaxta kimi insanları bu yalançı " endirimlə" alladacaqsınız? Bu hallara nə vaxt son qoyulacaq? Eyni zamanda  İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət ediərək, qeyd olunan ünvandakı mağaza barədə  aidiyyəti tədbirlərin görülməsini tələb edirəm.(mediatv.az)
 
İstefada olan hərbi təqaüdçü  Elşən Quliyev
  





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam