Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Mərkəzi Bank üçün yeni devalvasiya asan qərar deyil”

 

Vüqar Bayramov: “Devalvasiya yalnız vətəndaşlara mənfi təsir göstərməyəcək”

 

"Xeberinfo.com":  İqtisadi və Sosial İnkişaf Mərkəzinin ötən həftə valyuta bazarında apardığı monitorinqlərin nəticələrinə görə, vətəndaşların dollara tələbatı azalsa da, biznesin xarici valyuta tələbi kəskin dəyişməyib. Bildirilir ki, vətəndaşlar daha çox dollar satsalar da, biznes subyektləri hələlik xarici valyutalar üzrə ciddi təklif formalaşdırmırlar. Ekspert Vüqar Bayramovun sözlərinə görə, bununla yanaşı, bütövlükdə, dollar təklifinin artdığı müşahidə edilir: “Bu isə o deməkdir ki, aprelin əvvəllərində dollar intervensiyasını artıran Mərkəz Bankı ayın digər günlərində valyuta müdaxiləsini azalda bilib. Dollara tələbin azalması vətəndaşların əvvəlki aylarda dəyişdirdikləri xarici valyutaları cari xərclər üçün yenidən milli valyutaya çevirməsi ilə bağlıdır. Doğrudur, riskləri sığortalamaq üçün vətəndaşlar yenə də yalnız cari xərclər üçün az məbləğdə valyuta dəyişməyə imkan verirlər. Eyni zamanda, milli valyutanın rəsmi məzənnəsində son 2 həftədə müşahidə edilən müqayisəli artım dollara psixoloji tələbi azaldıb”. 
Ekspert qeyd edib ki, Azərbaycan neftinin dünya bazar qiymətinin son zamanlar stabilləşməsi də Mərkəzi Banka müəyyən nəfəs verə bilib: “Digər tərəfdən, əsas ticarət tərəfdaşlarımızda milli valyutalarının stabilləşməsi də manata təzyiqi azaldıb. Eləcədə, kommersiya banklarının kreditləri, demək olar, yalnız dollar ilə təklif etməsi də bu xidmətdən yararlanan vətəndaşların xarici valyuta təklifini artırıb.
Milli valyutanın rəsmi məzənnəsi həftəyə möhkəmlənmə ilə başladı. Təbii ki, əsas sual manatın məzənnəsini növbəti dövrdə necə dəyişməsi ilə bağlıdır. Sözsüz, manatın məzənnəsi inzibati yolla tənzimləndiyi, prosesdə bazarın rolu olmadığı üçün proqnoz vermək çox çətindir. Amma milli valyutanın məzənnəsi neftin dünya bazar qiymətindən asılı olmaqla yanaşı, yeni devalvasiya yalnız vətəndaşlara deyil, eyni zamanda kommersiya banklarına və biznesə mənfi təsir göstərə bilər. 
Bu, xarici valyuta ilə öhdəliyi olan bankların ödənişləri yerinə yetirməkdə ciddi çətinliklə üzləşməsinə, vətəndaşların isə dollar ilə götürülən kreditlərin qaytarılmasında ciddi problemlərə səbəb ola bilər. Buna görə də Mərkəzi Bank üçün yeni devalvasiya heç də asan qərar deyil. Digər tərəfdən, əgər neftin dünya bazar qiyməti hər barel üçün 70 dollarlıq psixoloji həddi keçib stabilləşərsə, o zaman tədiyyə balansındakı profsit pul dövriyyəsində dollar kütləsini artıracaq. Bu da manat təklifini azaldacaq. Başqa tərəfdən, Mərkəzi Bank və eləcə də hökumət dolayı vasitələrlə dollara olan tələbi azaltmağa çalışmalıdır. Qiymətli kağızlar bazarının ölkəmizdə zəif inkişaf etməsi əhalinin qeyri-valyuta yığım imkanlarını xeyli məhdudlaşdırır ki, bu da bütövlükdə dollara tələbin yüksəlməsini şərtləndirir”.
Qeyd edək ki, ekspertlər manatın 21 fevral devalvasiyasından narahatdırlar. Bir müddət əvvəl yeni devalvasiya ehtimalları artsa da, bir neçə gündür məsələ səngiyib. Ekspertlər bildirirlər ki, Mərkəzi Bank hələ də manatı saxlamaq üçün xərc çəkir. Bildirilir ki, son 6 ayda devalvasiyaya 5,7 milyard manatdan çox vəsait xərclənib. Həmçinin, qeyd edilir ki, milli valyutaya və bank sektoruna inamın yenidən bərpa olunması çox vaxt aparacaq.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam