Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Neft 80 dollardan aşağı olarsa bu, manatın ucuzlaşmasına səbəb olacaq"

 

Yeni rejimə keçid milli valyutanın ucuzlaşmasına səbəb olacaq

 

"Xeberinfo.com":  Azərbaycan Mərkəzi Bankı (AMB) milli valyuta ilə bağlı yeni siyasət tətbiq etməyə başlayır. Milli valyutanın çevikliyini artırmağı hədələyən baş bank üzən məzənnəyə tədricən keçmək niyyətində olduğunu açıqlayıb. Bəs üzən məzənnəyə keçid Azərbaycan iqtisadiyyatına nə vəd edir? Manatın yeni rejimə adaptasiya edilməsi milli valyutamıza necə təsir edəcək?
Ans press-in yaranan bu suallarını İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov cavablandırmağa çalışıb. Mütəxəssisin fikrincə, manatın üzən məzənnə rejiminə keçməsi dünya valyuta bazarında gedən proseslərə reaksiya verməyə imkan yaradacaq. 
Ancaq iqtisadçı-alim yeni rejimə keçidin manatın məzənnəsinin aşağı düşməsinə gətirib çıxaracağını istisna etmir: "Nəzərə alsaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) yalnız ehtiyac olacağı təqdirdə intervensiya həyata keçirəcək, bu təbii ki xarici valyutalara olan tələbatın ödənilməsində çətinliklər yarada bilər. Hələlik Mərkəzi Bank mərhələli şəkildə çevik məzənnə siyasətini həyata keçirməyə çalışır. Bu rejmə keçid dünya bazarında valyutaların dəyişməsi və xarici tərəfdaşlarda milli valyutaların məzənnəsinin dəyişməsinə reaksiya verməyə imkan verəcək. AMB 2 valyutalı səbətdə dolların həcmini azaltmaq və avronun payının artmasını həyata keçirəcək. Bu rejim vasitəsilə ölkədə qeyri-neft sektorunun ixrac qabiliyyətinin stimullaşdırılması hədəflənir. Çevik məzənnə siyasərtinin tətbiqi həmçinin AMB-nin intervensiya xərclərinin azalmasına imkan verəcək". 
Ekspert qeyd edir ki, indiki vəziyyətdə Mərkəzi Bank manatın məzənnəsini dünya bazarındakı vəziyyəti nəzərə alaraq müəyyənləşdirəcək. Növbəti illərdə də, xüsusilə dolların avroya nisbətdə məzənnəsinin dəyişməsi nəzərə alınararaq manatın dəyəri müəyyən olunacaq. V.Bayramov qeyd edir ki, növbəti mərhələdə isə artıq manatın məzənnəsi neftin dünya bazarındakı qiymətindən asılı olacaq:
"Əgər neftin qiyməti yüksələrsə və ya Azərbaycan ixracında profisitin payı artarsa, o zaman Mərkəzi bank manatın müqayisəli möhkəmlənməsini təmin edəcək. Amma neftin qiyməti indiki vəziyyətdə qalarsa, baş bank manatın yumşalmasına getməyə məcbur olacaq. Yəni, burda neftin qiyməti həlledici olacaq. Çünki neft baha satılarsa ölkəyə daxil olan xarici valyutanın həcmi artacaq və neft ixracında profisit artacaq. Sadə dillə desək xarici valyutanın ölkəyə daxil olması bolluq yaradır və manatın bahalaşmasına şərait yaradır. Neftin qiyməti yüksək olduğu müddətcə üzən valyuta rejimi manatın məzənnəsinin möhkəmlənməsinə səbəb olacaq. Təbii ki, neftin bazar qiyməti 80 dollardan aşağı olarsa bu, manatın ucuzlaşmasına səbəb olacaq", - deyə mütəxəssis əlavə edir. 
Mərkəzi Bankdan isə bildirilir ki, indiki vəziyyətdə məzənnə çevikliyini daha da artımaq niyyətindədir: "Gələcəkdə üzən məzənnəyə keçmək niyyətimizi bildirmişik. Bunun da əsas şərti valyuta bazarında təklif kanallarının diversifikasiyasıdır. Məzənnənin kəskin dəyişikliyinə qısa müddətdə keçmək məqsədəuyğun deyil. Üzən məzənnəyə tədricən keçmək niyyətindəyik. Bu il bu istiqamətdə vacib addımlar atılıb. Dollara bağlılıqdan səbət rejiminə keçdik. Hazırda iqtisadi subyektlər yeni rejimə adaptə olmalıdır. Biz məzənnə çevikliyini daha da artırmaq niyyətindəyik", - deyə AMB-dən bildirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam