Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Dollarla bağlı yeni məzənnə açıqlandı

 

Manatın yanvarın 11-nə olan məzənnəsi açıqlanıb.
Xeberinfo.com:   Məlumata görə, Azərbaycan Mərkəzi Bankı 11.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsini 1,5642 səviyyəsində müəyyən edib.

Qeyd edək ki, yanvarın 8-nə AMB-nin USD/AZN rəsmi məzənnəsi 1,5642 səviyyəsində müəyyən olunub.

Bu gün Azərbaycanda ABŞ dollarının məzənnəsi yenidən qalxıb. Ötən gün sabit qalan dollar bu gün 1.5642 manat olub. Ötən gün bu rəqəm 1.5626 manat idi. 

Avronun məzənnəsində iki günlük sabitlikdən sonra bahalaşma qeydə alınıb. İndi bir avro 1.7009 manatdır. Ötən gün isə 1.6796 manat idi. 

Rusiya rublu da ucuzlaşıb. Rubl 0.0213 manatdan 0.0209-a düşüb.



Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın yenidən dollar qarşısında ucuzlaşmasına səbəb olub. 

Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. 

Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam