Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Devalvasiyanın ən böyük təsiri kiçik və orta sahibkarlığa olub”

 

İqtisadçıların böyük hissəsi fevral ayında manatın devalvasiyasından sonra valyuta bazarına 600 milyon dollarlıq müdaxilə ilə bağlı narahatlıqlarını bildirir.
"Xeberinfo.com":  İqtisadi Təçəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev "Amerikanın Səsi"nə müsahibədə manatın devalvasiyasının səbəbləri, neft qiymətlərinin aşağı səviyyədə qalmasının Azərbaycan iqtisadiyyatına təsirlərini şərh edib.
Samir Əliyev deyib ki, fevralın 16-da Mərkəzi Bankın manatın məzənnəsinin əvvəl olduğu kimi təkcə dollara nisbətdə deyil, dollar və avrponun təmsil olunduğu bir valyuta səbəti əsasında müəyyən olunması haqda qərarı artıq yumşaq devalvasiyanın göstərici kimi qəbul edilirdi. Onun sözlərinə görə, Mərkəzi Bankın bazara intervensiyası valyuta ehtiyatının tükənməsi riski ilə nəticələnə bilər. “Devalvasiyadan sonra gözləmək olardı ki, Mərkəzi Bank tərəfindən intervensiya olmayacaq...Belə bir fonda yenidən intervensiyanın olması və deyilən həcmdə dolların bazar buraxılması problemin həll olunmadığını göstərir. Bazarda yenidən gərginlik müşahidə edirik. Manat yenidən dollara münasibətdə 0,3 faiz ucuzlaşıb.  Halbuki devalvasiyadan sonra manat bahalaşmağa başladı. Təxminən bir ay bu proses getdi və martın sonlarındanı başlayaraq, 30-dan sonra əks proses, yəni əks proses dolların bahalaşması, manatın ucuzlaşması prosesi baş verdi. Bazarda gərginlik var, Mərkəzi Bank intertvensiya edir və bu intervensiya da son günlər xüsusilə artıb. Belə davam edərsə, valyuta ehtiyatımız çox böyük risklə, yəni ərimə riski ilə qarşılaşa bilər.”  
Samir Əliyev neft qiymətlərinin düşməsinin maliyyə bazarında vəziyyətə təsirlərindən danışaraq, Azərbaycan iqtisadiyyatının neftdən asılılığını xüsusi vurğulayıb: ”İxracın təxminən 92-93 faizi neftin və neft məhsullarının payına düşür. Daxili məhsulun 40 faizi neftin payına düşür. Amma qalan qeyri-neft sektorunu araşdırsaq, onlar da dolayısı ilə neftə bağlı sahələrdir. Tikinti sektorunu misal göstərə bilərəm. Nəhayət, dövlət büdcəsinin gəlirlərində birbaşa və ya dolayısı ilə neftin payı təxminən 70-75 faiz təşkil edir. Belə bir vəziyyətdə təbii ki manata təzyiq çox düşür.”
Ekspert hesab edir ki, manatın devalvasiyasının qarşısının alınması üçün tədbirlər çox gecikib və bu addım bir neçə il bundan əvvəl dünyada iqtisadi böhran başladığı zaman atılmalı idi: “Azərbaycan bəlkə yeganə ölkələr arasında idi ki öz valyutasını ucuzlaşdırmadı. Mərkəzi Bank riskə getdi, mili valyutanın ucuzlaşdırılması siyasətini həyata keçirmədi. Bu risk özünü doğrultdu. Ona görə doğrultdu ki, neftin qiyməti sonradan bahalaşdı və yenidən manata dəstək verməyə başladı.”
Samir Əliyev deyib ki, həmin dövrdən başlayaraq, manatın məzənnəsinə yenidən baxılması kimi addım ata bilərdi. Ekspertin fikrincə, 2010-cu ildən sonra Mərkəzi Bank yerli sahibkarlığı stimullaşdırmaq, ölkənin icrac potensialını stimullaşdırmaq məqsədilə manatın ucuzlaşdırılması siyasəti yeritməli idi: ”Devalvasiyanın qarşısını almaq üçün mütləq ilk növbədə gömrük idxalında maneə, inhisar aradan qalxmalıdır. Bu, ilk addım olmalıdır. İkincisi, mənim fikrimcə, kiçik və orta sahibkarlığın inkişafına üstünlük və dəstək verilməlidir. Üçüncü, sahibkarların ucuz maliyyə resursları əldə etmək imkanları artırılmalıdır. Bu addımlar atılsa, mənə elə gəlir ki, müəyyən qədər istehsalı stimullaşdırmaq və devalvasiyanın təsirlərini azaltmaq olar.”
Samir Əliyev deyib ki, devalvasiyanın qarşısını alan yeganə amil neftin bahalaşmasıdır, lakin bugünkü geo-siyasi şəraitdə bunun baş verməsi mümkün görünmür.
Musavat.com

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam