Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“Dollara tələbat artacaq”

 

"İlin sonuna kimi manat çox güman ki, 12% ucuzlaşacaq"

 

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov “Mərkəzi Bankın bugünkü məzənnə siyasətinin dəyişdirilməsi gələcəkdə nə vəd edəcək?” sualını şərh edərkən bildirdi.
Ekspertin sözlərinə görə, psixoloji olaraq dollara tələbat artacaq:
“Manatın belə ucuzlaşması dollara tələbatı yenə artıracaq, çünki vətəndaşda manatın yenidən ucuzlaşacağı ilə bağlı müəyyən fikir formalaşdırıla bilər, amma hər halda Mərkəzi Bankın növbəti mərhələdə devalvasiya olub-olmayacağı ilə bağlı vətəndaşları məlumatlandırmasına ehtiyac var”- deyə ekspert bildirir.
Vüqar Bayramov bildirir ki, Mərkəzi Bankın intervensiya xərclərini azaltması bankın manatın məzənnəsini ucuzlaşdırması ilə bağlı qərar qəbul etməsinə gətirib çıxarır:
“Bu qərar qeyri-neft sektorunun ixracat qabiliyyətini artıracaq. Nəzərə alsaq ki, manatın məzənnəsinin yüksək olduğu dövrdə qeyri-neft sektorunun ixrac qabiliyyətini kəskin azaldırdı, bu qərarın əsasında Azərbaycan məhsullarını xarici bazarda daha ucuz etmək və bununla da xaricə daha çox ixraca nail olmaqdan ibarətdir”.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. Manat 34% ucuzlaşıb.
Xatırladaq ki, Mərkəzi Bankın fevralın 16-dan etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul etmişdi. Bu qərarla belə güman olunurdu ki, bank manatın məzənnəsində yumşaq devalvasiya edəcək, amma kəskin devalvasiya müşahidə olundu. (oxu.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam