Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Manatın yumşaq devalvasiyasına keçmək lazımdır"

 

"Mərkəzi bankın apardığı intervensiya valyuta ehtiyatlarının kəskin azalmasına səbəb olur"

 

 "Xeberinfo.com":   Məlumata görə, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi Siyasət, Aqrar Siyasət, Təbii Ehtiyatlar və Energetika, Sosial Siyasət, Təhlükəsizlik və Müdafiə Komitələri tərəfindən keçirilən 2016-cı il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı deyib.

 

V. Əhmədovun sözlərinə görə, gələn ilin dövlət büdcəsinin layihəsində manatın dollara qarşı məzənnəsi 1,05 manat səviyyəsində müəyyənləşib.

 

"Cari ilin fevralın 21-də baş verən devalvasiyadan sonra manat təxminən 35% ucuzlaşdı. Nəticədə əhali narahat olmağa başladı. İndi vəziyyət düzəlibmi? Azərbaycan Mərkəzi Bankı valyuta bazarına hələ də müdaxilə edir, intervensiya aparır. Devalvasiyadan qabaq Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard manat idisə, hazırda 7,4 milyard manata enib. Ötən müddət ərzində Mərkəzi Bankın valyuta ehtiyatları kəskin azalıb. Aparılan intervensiya valyuta ehtiyatlarının kəskin azalmasına səbəb olur. Hesab edirəm ki, manatın məzənnəsinin bazar qiymətləri əsasında tənzimlənməsinə başlanılmalıdır. Əgər bu addım atılmasa, ciddi problemlərlə üzləşə bilərik", - deyə millət vəkili bildirib.

"APA-Economics"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam