Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Proseslər manatın ziyanına işləyir”

 

Azərbaycanın Mərkəzi Bankı son iki ayda valyuta ehtiyatının 15 faizdən çoxunu itirib. 

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə iqtisadçı ekspert Samir Əliyev musavat.com-a bildirib. 

Onun sözlərinə görə, 2014-cü ilin iyulundan başlayaraq, Mərkəzi Bankın valyuta ehtiyatının azalması tendensiyası bu il də davam edib: “Fevralın 1-nə bankın valyuta ehtiyatlarının həcmi 12680,8 milyon dollar olub. Təkcə yanvar ayında ehtiyat 1077,5 milyon dollar və ya 7,8 faiz azalıb. Bu, 2013-cü ilin may ayından bəri ən aşağı göstəricidir”.

Ekspertin sözlərinə görə, Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları artıq altıncı aydır ki, azalır: 

“Ötən ilin iyul ayında ehtiyatın həcmi özünü ən yüksək həddində olub - 15193 milyon dollar... Sonrakı aylarda azalma müşahidə edilib. Azalma daha çox dekabr ayına təsadüf edib. Mərkəzi Bank ötən ilin son ayında 1238 milyon dollar itirib. Manatın sabitliyi üçün Mərkəzi Bank son iki ayda valyuta ehtiyatının 15 faizdən çoxunu sərf edib. Dekabr-yanvar aylarında ehtiyat 2,3 milyard dollar azalıb. Yanvar ayında da ehtiyatın azalması gözlənilirdi. Mərkəzi Bankın valyuta ehtiyatının azalmasının səbəbi bir tərəfdən Rusiya amilidirsə, digər tərəfdən, neftin ucuzlaşması səbəbindən devalvasiya gözləntilərinin artmasıdır”. 

S.Əliyev qeyd edib ki, bazarda Neft Fondunun da aktiv iştirakına rəğmən, Mərkəzi Bank uzunmüddətli təzyiqə davam gətirə bilməyəcək: 

“Xüsusilə də avronun manatla bərabərləşdirilməsi fikri manatdan imtina hallarını daha da artırıb. Əmanətlərin strukturunda manatın payının dolların xeyrinə azalması müşahidə edilir. Ehtiyatın azalmasına həm də valyuta ehtiyatında olan avro və funt sterlinqin dollara nisbətən ucuzlaşması da səbəb olub. Ötən ay avro 6,3 faiz, funt sterlinq isə 3,3 faiz ucuzlaşıb. Hər iki valyutanın dollara nəzərən ucuzlaşması Mərkəzi Bankın valyuta ehtiyatının azalmasını şərtləndirib. 

Proqnozlaşdırdığımız kimi, 2015-ci ildə manatı çətin sınaq gözləyir. Mərkəzi Bank manatın sabitliyini təmin etmək üçün valyuta ehtiyatının əhəmiyyətli hissəsini xərcləməli olacaq. Neft Fondunun dəstəyi də əvvəlki səviyyədə deyil. Çünki Fondun öz qayğıları var. İstənilən halda, hər şey dünya bazarında neftin qiymətinin hansı istiqamətə yönəlməsindən asılı olacaq. Hələ ki, proseslər manatın zərərinə işləyir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam