Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Azərbaycan avarçəkənləri - 12 medal qazandı

Azərbaycan avarçəkənləri 12 medal qazandı
Azərbaycanın kayak və kanoeçiləri İtaliyanın Auronso di Kadoro şəhərindəki “ICF Sprint Canoe Kayak International Event” reqatasında 12 medal qazanıblar. 
Yenixeber.org: Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, U-16, yeniyetmələr və gənclər arasında baş tutan yarışa 15 ölkənin 600-dən çox idmançısı qatılıb. Azərbaycanı 200 metr, 500 metr və 1000 m məsafələrə yürüşlərdə 5 idmançı təmsil edib. 

Gənclərin fərdi yarışında Malxaz Çinçaraşvili kanoe növündə 500 və 1000 metr məsafələrə yürüşdə 1-ci yeri tutub. 200 metrdə isə o, bürünc medal qazanıb. Daha bir bürünc medalı Vadim Hüseynov 1000 metr məsafəyə yürüşdə əldə edib. 



Çinçaraşvili - Hüseynov dueti 500 və 1000 metr məsafəyə 2 nəfərlik qayıqla yürüşdə bütün rəqiblərini qabaqlayıblar. 200 metrdə isə onlar 3-cü yeri tutublar. 

Yeniyetmələrdən Cumber Çxutiaşvili 200 metr məsafəyə yarışda qalib olub. Tofiq Bayramov isə 16 yaşa qədər idmançıların mübarizəsində 2 medal götürüb: 500 metrdə 1-ci, 200 metrdə 2-ci yer. Gülnarə Həmzəyeva da Çxutiaşvili ilə eyni nəticəyə imza atıb. 

Qeyd edək ki, 2006-cı il təvəllüdlü Həmzəyeva yarışın ən gənc iştirakçısı olub. O, 2003 və 2004-cü il təvəllüdlü rəqiblərinə qalib gəlib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam