Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan tarixində ilk dəfə olaraq olimpiadanı 18 medalla başa vurur

rio

Komanda XXXI Yay Olimpiya Oyunlarında 18 medal əldə edib

Xeberinfo.com:  Azərbaycanın 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazanacağı medal sayı müəyyənləşib.
Məlumata görə, ölkə yığması tarixində ilk dəfə olimpiadanı 18 medalla başa vurmaq üzrədir.
Bu isə ən yüksək göstəricinin qeydə alındığı “London-2012″ ilə müqayisədə 80 faiz çoxdur. Hələlik 15 idmançının tutduğu yer dəqiqdir. Taekvondoçu Radik İsayev (+80 kq) qızıl, cüdoçulardan Rüstəm Orucovla (73 kq) Elmar Qasımov (100 kq), eləcə də qadın güləşçi Mariya Stadnik (48 kq) və kanoeçi Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə) gümüş medal qazanıb. Bürünc medalları isə sərbəst güləşçilər Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq), yunan-Roma güləşçiləri Rəsul Çunayevlə (66 kq) Sabah Şəriəti (130 kq), qadın güləşçi Natalya Sinişin (53 kq), taekvondoçular Patimat Abakarova (49 kq) ilə Milad Beigi Harçeqani (80 kq), həmçinin kayakçı İnna Osipenko-Radomskaya (1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüş) və boksçu Kamran Şahsuvarlı (75 kq) əldə edib.
Daha 3 medalın əyarı isə hələ dəqiqləşməyib. Qarşıda sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumovu (97 kq), eləcə də boksçu Lorenso Sotomayoru (64 kq) final görüşü gözləyir. Onların bürünc medal qazanmayacaqları dəqiqdir.
Qeyd edək ki, hazırda Azərbaycan medal sayında (18) Hollandiya və Braziliya ilə birgə 12 – 14-cü pillələri bölüşür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam