Yenixeber.org: Bunu  “Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov Azərbaycan Premyer Liqasının V turunda “Keşlə”yə səfərdə 2:1 hesabı ilə qalib gəldikləri matçın son dəqiqəsində rəqib futbolçu Sertan Taşkınla toqquşduğu üçün oyunu davam etdirə bilməyən Atilla Yıldırımın durumunu şərh edərkən deyib.

53 yaşlı mütəxəssis bildirib ki, 28 yaşlı türkiyəli hücumçunun növbəti turda oynaması sual altındadır: "Hadisədən sonra Sertanı təcili yarım maşını apardı. Yıldırımı isə bizim tibbi heyət paltardəyişmə otağına gətirdi. Ona dərman verib sistem qoşdular. Sonra eva apardılar. Orada isə ürəkbulanmaları olub, gecə yata bilməyib. Yaxşılaşması üçün müalicə olunur. Növbəti turda oynayıb-oynamayacağı bilinmir”.

Baş məşqçi zədələrini sağaltmaq üzrə olan Elvin Məmmədov və Yusif Nəbiyevin fərdi məşq etdiklərini də diqqətə çatdırıb.

Qeyd edək ki, hazırda 7 xalla 4-cü pillədə qərarlaşan “Sumqayıt” VI turda “Zirə”ni qəbul edəcək. Sentyabrın 30-da “Bayıl Arena”da keçiriləcək oyun saat 20:00-da start götürəcək.