Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Millimizin oyununda 6 qol!

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti matçını keçirib.  Rəşad Sadıqovun yetirmələri Macarıstanla yoxlama görüşündə qüvvəsini sınayıb

Yenixeber.org: Bir neçə gün əvvəl Qazaxıstanda yerli komanda ilə bərabərə qalan (1:1) U-21 yığmamız bu dəfə doğma azarkeşlər önünə çıxıb. Qarşılaşma "Dalğa Arena"da baş tutub.
Yığmamız bu dəfə də azarkeşlərini sevindirə bilməyib. Məhsuldar keçən qarşılaşma "sülh"lə başa çatıb.
Qonaqlar matçın ilk yarısında 2 cavabsız qol vurub. Fasilədən sonra millimiz penalti ilə fərqi azaltsa da, macarlar 3-cü qolu vurmaqda çətinlik çəkməyib.
Lakin məğlubiyyətlə barışmayan yığmamız yenilgidən qaça bilib. Komandamız 2 qol vurub və meydanı bərabərliklə tərk edib.
Yoldaşlıq görüşü
8 iyun
Azərbaycan (U-21) - Macarıstan (U-21) - 3:3
Qollar: Ehtiram Şahverdiyev, 49-p., Renat Dadaşov, 66, Anton Krivotsyuk, 71 - Qabor Makray, 28, Atilla Haris, 38, Matias Tayti, 50
Hakimlər: İnqilab Məmmədov, Knyaz Əmiraslanov, Cəmil Quliyev, Orxan Məmmədov
Bakı, "Dalğa Arena"
Azərbaycan: 12. Kamran İbrahimov, 2. Sərtan Taşkın, 3. Anton Krivotsyuk, 4. Bəhlul Mustafazadə (k), 6. Qismət Alıyev, 13. Hacıağa Hacılı, 16. İsmayıl İbrahimli, 23. Ziya Əzizov, 17. Ozan Can Kökcü, 9. Fəhmin Muradbəyli, 7. Ehtiram Şahverdiyev
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 22. Abdulla Seyidəhmədov, 25. İbrahim Hüseynov, 28. Şakir Seyidov, 5. Elvin Sərkərov, 11. Fərid Nəbiyev, 8. İlkin Muradov, 18. Murad Mahmudov, 10. Renat Dadaşov, 27. Toral Bayramov, 26. Amin Seydiyev, 20. Ömər Buludov
Baş məşqçi: Rəşad Sadıqov
Macarıstan: 1. Adam Zima, 2. Bense Pavkovics, 3. Atilla Şalay, 5. Akos Keskes (k), 6. Giorgi Hursan, 7. Matias Tayti, 8. Atilla Haris, 9. Norbert Kundrak, 14. Kristof Hinora, 16. Bense Bano-Şabo, 17. Qabor Makray
Ehtiyat oyunçular: 12. Tot Balaş, 4. Norman Şabo, 10. Bense Şabo, 11. Andres Şafer, 13. Bense Georgi, 15. Peter Peter Forqaş
Baş məşqçi: Mixael Boris

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam