Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

"Qarabağ"ın futbolçusu:"Əsgərlərimizlə çiyin-çiyinə durmağa hazırıq"

 

 Qarabağ bölgəsində səfərdə olan "Qarabağ" klubunun futbolçuları təəsüratlarını bölüşüblər


Yenixeber.org: Komandanın yarımmüdafiəçisi Qara Qarayev  bildirib ki, əsgərlərlə görüşləri çox maraqlı olub: “Bu bölgədə olmaq bu gün bizə qismət oldu. Bizi çox yaxşı qarşıladılar. Eyni adı təmsil etdyimizə görə düşüncə oxşarlığımız var. Burada şərtlər ağır deyil. Amma ssgərlərimiz ağır məsuliyyətin altındadırlar. Gecə-gündüz ölkənin ərazi bütövlüyünü qoruyurlar. Onlara böyük təşəkkür və minnətdarlıq borcluyuq. Sağ olsunlar ki, bizi qoruyurlar. Təəssüratlarımız əladır. Danışılacaq çox şeylər var. Amma həqiqətən də burada olmağın sevinci tam başqadır. Nə qədər oyunlara çıxsaq da, beynəlxalq matçlarda iştirak etsək də, buradakı görüş bizim üçün xüsusi olacaq. Bu məsələni gündəmə gətirən insanlardan xahiş edəcəyik ki, bizi tez-tez əsgərlərlə görüşdürsünlər. O duyğunu, əsgərlik hissini heç vaxt unutmayaq. Biz idmançı olsaq da, "Qarabağ" klubunun şərəfini qorusaq da, hər birimiz potensial əsgərik. İstənilən vaxtda, istənilən anda əsgərlərimizlə çiyin-çiyinə durmağa hazırıq. Ordumuzun güclü olmasına zərrə qədər də şübhəmiz yoxdur. Allah onları qorusun. Bizim üçün çox maraqlı görüş oldu”.

Ağdam təmsilçisinin müdafiəçisi Elvin Yuniszadə də "Report"a çox gözəl qarşılandıqlarını söyləyib: “Doğrudan da burada çox gözəl əhval-ruhiyyə var. Ordumuz yaxşı əhval-ruhiyyədədir. Bu, bizi çox sevindirir və əlavə stimul verir. Onların yaxşı olması bizim yaxşı olmağımız deməkdir. Ordumuz bizə elə bir təəssürat bağışladı ki, tezliklə torpaqlarımızı geri qaytaracağımıza inanırıq. Onlara hər zaman inanırdıq. Bu gün daha da əmin olduq ki, torpaqlarımızı geri qaytaracağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam