Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"“Neftçi” “Qarabağ”ı məğlub edibsə, biz də bunu bacararıq"

 

“Qarabağ”la qarşılaşmaya itkilərlə hazırlaşırıq. Bu matçda 4 futbolçunun xidmətindən yararlana bilməyəcəyik”.

 

Xeberinfo.com:   Məlumata görə, bu sözləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadze deyib.

 

Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının XV turunun “Qarabağ”la oyunu və matça hazırlıq haqda fikirlərini açıqlayıb: “Cəzalı Zurab Xizanişvili və Denis Silva ilə yanaşı, zədədən əziyyət çəkən Nika Kvekveskiri ilə Mirhüseyn Seyidov da komandaya kömək edə bilməyəcək. Sonuncu növbəti turda artıq heyətdə olacaqsa, Nikanın durumu hələ dəqiqləşməyib. İtkilərə baxmayaraq, qarşılaşmaya çox ciddi hazırlaşırıq. Bilirik ki, çətin olacaq. Lakin azarkeşlər üçün maraqlı qarşılaşma alınacaq”.

 

Svanadze dekabrın 6-da keçiriləcək qarşılaşmada 3 xal qazanmaq iddiasında olduqlarını qeyd edib: “Qarabağ”la görüşdə öz futbolumuzu nümayiş etdirməyə çalışacağıq. Bu qarşılaşmada hər şey ola bilər. Çünki müasir futbolda, ümumiyyətlə, hər şey mümkündü. Birinci dövrədə “Qarabağ”la qarşılaşmadan xalsız ayrılmışdıq. Bu dəfə isə daha yaxşı nəticə göstərmək istəyindəyik. “Neftçi” “Qarabağ”ı məğlub edibsə, biz də bunu bacararıq. Bunun üçün çox çalışmalıyıq. Rəqib qapısına daha çox hücum etsək, istəyimizə nail ola bilərik”.

 

Qeyd edək ki, “Qarabağ” – “İnter” oyunu Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçiriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam