Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Qarabağ”dan xalqa çağırış

 

“Sent-Etyen”lə oyunun çətin olacağını bilirdik. Çünki, qrupdan çıxmaq şansımız böyük ölçüdə bu oyundan asılı idi. Futbolçuların hazırlığı, komandadakı əhval-ruhiyyə yaxşı nəticə qazanmağa kömək etdi”.

 "Xeberinfo.com": Bu sözləri “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.
 
Klub rəsmisi “Qarabağ”ın Fransadan sərfəli nəticə ilə dönəcəyinə inandığı bildirib: “Vüqar Nadirovun qoluna çox sevindik. Arxayınlığa görə rəqibdən qol buraxdıq. Matç zamanı sona qədər diqqətli olmağımız vacibdir.
Ani arxayınlıq yekun nəticəyə çox pis formada təsir edə bilər. İndi diqqətimizi yenidən Azərbaycan çempionatına yönəltməliyik. Yalnız vaxtı gələndə İtaliyanın “İnter” klubu haqda düşünəcəyik. Azərbaycan çempionatda lider olmağımız bizi sevindirir. Həm hər iki cəbhədə sona qədər mübarizə aparmalıyıq.
 
Ə. Çəlikəl “İnter”lə də görüşdən danışıb: “Biz hər zaman olduğu kimi futbolçularımıza, məşqçilərimizə inanırıq. Bu oyunda hamımız bir olmalıyıq. Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız olacaq. Qrupdakı son matç Azərbaycan futbolu üçün çox vacibdir. Biz məsuliyyəti dərk edirik və bu çətin görüşə hazır olacağıq. Birlikdə bu mərhələni keçməyə çalışacağıq. Klub olaraq “İnter”lə matçın yüksək səviyyədə keçirilməsi üçün təşkilatçılıq baxımından nə lazımdısa ediləcək”.
*** 
 
“Biz “Qarabağ”la oyunda qələbəyə layiq idik”. Bu sözləri isə “Qarabağ”ın rəqibi “Sent-Etyen”in futbolçusu Maks-Alain Qradel deyib.
 
26 yaşlı hücumçu Ağdam klubu ilə 1:1 hesablı bərabərə qalmalarından danışıb: “Meydanda əlimizdən gələn hər şeyi etdik. Bir neçə epizodda qola çox yaxın olsaq da, bunu bacarmadıq. Evdə heç-heçə etmək bizi qane etmir. Təəssüf ki, azarkeşlərimiz üzüldü. Ölkə çempionatda sıx qrafiklə oyunlar keçirməyə məcburuq. Bizi “Lion”la vacib matç gözləyir. Derbidə də 3 xal üçün meydana çıxacağıq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam