Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Masazırda parkda qanunsuz tikintiyə hansı məmur icazə verib? -VİDEO

media-999

Abşeron rayonu Mazasır qəzəsbəsi Əliağa Vahid küçəsidə yerləşən eyni adlı parkın ərazisində qanunsuz tikinti işləri aparılır.

yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə  Əliağa Vahid adına parkın bir hissəsi işbazlar tərəfindən zəbt olunaraq qanunsuz tikinti aparıldığı bildirilib.

Qeyd edək ki, şair Əliağa Vahidin doğulduğu  Masazırda adını daşıdığı vətəndaşlar üçün salınmış parkda  restoran-kafe açılması palnlaşdırılır.

Sakinlərin verdiyi məlumata görə hal-hazırda parkın içində restoran-kafe tikilir.  Vətəndaşlar bildirir ki, asüdə vaxtlarında burada istirahət edib, uşaqlar əylənir. Lakin bu kafe olduqdan sonra bu parkda istirahətə gəlmək mümkün olmayacaq.  Dövlət qurumlarında müraciət olunub lakin tikinti öz axarı ilə davam edir.

Qanunsuz tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında heç bir məlumat yoxdur. Dövlət Komitəsindən rəsmi icazəsi olmadan aparılan tikinti işlərini rayon icra hakimiyyətinin səlahiyyətli şəxslərinin “razılığı “əsasında aparıldığı iddia olunur.

Məsələ ilə bağlı Abeşron rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmadı.

Qeyd edək ki, 2022-ci ildən Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

O, vəzifəyəyə təyin olunduqdan sonra rayon ərazisində qanunsuz tikinti işləri artıb.

Məsələ ilə bağlı qurumların  mövqeyini dərc etməyə hazırıq.(xalq.online)

Həmin görüntüləri təqdim edirik:




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam