Azərbaycanda mobil operatorlar 1,3 mlrd. manat gəlir qazanıb
Ötən il Azərbaycanda informasiya və rabitə sektorunda göstərilən xidmətlərin dəyəri 3989,0 milyon manat təşkil edib.
Yenixeber.org: Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, bu, əvvəlki illə müqayisədə 8,7% çoxdur.
Xidmətlərin 69,2%-ni əhali istehlak edib. Xidmətlərdən əldə edilən gəlirin 32,4%-i və ya 1290,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.










AZ
RU