Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Ukraynanın energetika naziri ölkədəki elektrik kəsintisinin səbəbini açıqlayıb

 

Bu gün Rumıniya, Moldova və Ukrayna enerji sistemləri arasında texnoloji nasazlıq baş verib, bu da ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Yenixeber.org xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal sosial şəbəkələrdə məlumat yayıb.

"Bu gün yerli vaxtla saat 10:42-də Rumıniya və Moldova enerjisistemləri arasında 400 kV-luq xəttin və Ukraynanın qərb və mərkəzi hissələri arasında 750 kV-luq xəttin eyni vaxtda sıradan çıxması ilə texnoloji nasazlıq baş verib", - D.Şmıqal bildirib.

Onun sözlərinə görə, enerji sistemində baş verən xəta Ukrayna elektrik enerjisi şəbəkəsində kəsintilərə və yarımstansiyalarda avtomatik qoruma sistemlərinin aktivləşməsinə səbəb olub.

Hazırda Kiyev şəhərində, Kiyev, Jitomir və Xarkov vilayətlərində qəza xarakterli xüsusi elektrik kəsintisi qrafikləri tətbiq edilib.

"Ukrenergo"nun enerji mütəxəssisləri elektrik enerjisi təchizatının bərpası üçün çalışırlar. Yaxın saatlarda işıq yanacaq", - D.Şmıqal qeyd edib.

Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bildirib ki, artıq Baş nazir Yuliya Sviridenko və energetika naziri Denis Şmıqalın Ukraynanın enerji sistemindəki vəziyyətlə bağlı məruzələrini dinləyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam