Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

"Appro Hospital”da 1 saatda 5 ölüm halı… “Xəstəxana deyil, qəssabxanadır” –ŞİKAYƏT

Appro Hospital”da 1 saatda 5 ölüm halı…
Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Appro Hospital”da ürəyinə stend qoyulan xəstə dünyasını dəyişib.

Yenixeber.org: Bu barədə sosial şəbəkədə jurnalist, mərhumun qohumu Həbibə Abdulla yazıb. O bildirib ki, sözügedən klinikaya gedən xəstənin bu günə qədər heç bir problem olmayıb və üstəlik ölüm halı ilə bağlı ailəyə çox gec məlumat verilib:
Ramanada “Appro Hospital” 56 yaşlı Rafiq Xəlilovu – indiyədək ürəyindən bir dəfə də şikayəti olmayan dağ kimi adamı öldürüb verib ailəsinə. Stend qoyublar guya… Yaxınlarına öldü-qaldısını da deməyiblər nə qədər müddət. Yoldaşımın əmisidir rəhmətə gedən.
1 saat xəstəxanada olduq, 5 ölüm halı haqda eşitdik. Xəstəxana deyil, qəssabxanadı elə bil. Mühafizəçiləri veriblər qabağa, xəstə (ölü) yiyələri ilə arada qan düşsə, cavab da verməyəcəklər”.
Məsələ ilə bağlı “Appro Hospital”la da əlaqə yaratmağa çalışdıq. Lakin davamlı cəhdlərimizə baxmayaraq, klinikadan zənglərimizə cavab verən olmadı.(32gun)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam