Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Mariya Stadnik lisenziya qazana bilmədi

 

Aprelin 6-da Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində yarımfinal görüşünə çıxıb.

Yenixeber.org xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı ukraynalı Oksana Livaçla qarşılaşıb.

Rəqibinə 2:4 hesabı ilə məğlub olan M.Stadnik bu turnirdən “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib.

Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər qadın güləşçilərdən Elnurə Məmmədova (53 kiloqram), Birgül Soltanova (62 kiloqram) və Elis Manolova (68 kiloqram) təsnifat mərhələsində, Jalə Əliyeva (57 kiloqram) isə 1/4 finalda məğlub olaraq lisenziya qazana bilməyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam