Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qadın güləşçimiz 8-ci qızıl medalı qazandı

 

Azərbaycanın qadın güləşçisi Anjela Doroqan 53 kq çəki dərəcəsində keçirilən yarışların qalibi olub.

"Xeberinfo.com":   Məlumata görə, bununla da Azərbaycan I Avropa Oyunlarında 8-ci qızıl medalı qazanıb.

19:24

 53 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Anjela Doroqan 1/2 final mərhələsində Makedoniya güləşçisi Budu Natalianı 0-5 hesabı ilə məğlub edərək finala çıxıb!

58 kq çəki dərəcəsində 1/2 final görüşündə güləşçimiz İrina Netreba macar Emese Barka ilə yarışıb. Rəqibinə 1-3 hesabı ilə uduzan Netrebanın bürünc medal şansı qalır.

11:40
Qadın güləşçilərinin yarışında 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Ankjela Doroqan 1/4 finalda Macarıstan idmançısı Mersedes Deneslə üz-üzə gəlib.

Güləşçimiz rəqibindən tam üstün olaraq ona vaxtından əvvəl 4:0 hesabı (tuşe) ilə qalib gələrək yarışın yarımfinalına çıxıb. Doroqanın yarımfinaldakı rəqibi Moldova təmsilçisi Nataliya Budu olacaq.
 
11:31
 
Qadın güləşçilərinin yarışında 58 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi İrina Netraba 1/4 finalda Bolqarıstan idmançısı Mimi Hristova ilə güləşib.

Güləşçimiz güclü rəqibi ilə keçən gərgin mübarizədə 6:4 hesabı ilə üstün gələrək yarımfinala vəsiqə qazanıb.
 
11:15
 
53 kq çəki dərəcəsində sərbəst güləş üzrə təmsilçimiz Anjela Doroqan 1/8 finalda türkiyəli Merve Kengerlə qarşılaşıb. Görüş təmsilçimizin 3-1 qələbəsi ilə başa çatıb. 
 
10:37
 
ATV.az bildirir ki,  63 kq çəki dərəcəsində güləşçimiz Elmira Qəmbərova 1/8 final mərhələsində İsveçdən olan Henna Cohanssona 0-5 hesabı ilə uduzdu. 

 58 kq çəki dərəcəsində 1/8 final görüşündə güləşçimiz İrina Netreba italiyalı Karola Raynero ilə yarışıb. Rəqibinə 1-3 hesabla qalib gələn idmançımız 1/4 finalda!

10:26

ATV.az  Bakı-2015-in rəsmi saytına istinadən bildirir ki, Avropa Oyunlarının 5-ci günündə qadınlar arasında sərbəst güləş üzrə yarışlar davam edir.

Qarşılaşmalar Heydər Əliyev adına İdman Arenasında keçirilir.

Xanımlar bu gün 53, 58, 63, 75 kq çəki dərəcələrində yarışacaqlar. 

53 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Anjela Doroqan mübarizəyə birbaşa 1/8 final mərhələsindən başlayacaq. O, 10:49-da Türkiyə təmsilçisi Merve Kengerlə qarşılaşacaq.

58 kq çəki dərəcəsində Azərbaycan adına İrina Netreba yarışacaq. 10:14-də başlanacaq 1/8 final görüşündə onun rəqibi italiyalı Karola Raynero olacaq. 

63 kq çəki dərəcəsində güləşçimiz Elmira Qəmbərova da 1/8 final mərhələsindən mübarizəyə başlayacaq. 10:28-də başlanacaq görüşdə onun rəqibi İsveçdən Henna Cohansson olacaq. 

75 kq çəki dərəcəsindəki idmançımız Gözəl Zutova 1/8 final mərhələsində ukraynalı Oksana Vaşçuk ilə görüşəcək. Qarşılaşma 10:56-da başlanacaq. 

İdmançılarımıza uğurlar arzulayırıq! 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam