Üç idmançımız mübarizəni dayandırdı, Əliyev yarımfinalda
"Xeberinfo.com": Əliyev 1/4 finalda Mikola Bolotnyukla güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə üz-üzə gələcək.
12:22
1/8 finalda -70 kq-da çıxış edən təmsilçimiz Ruslan Dibirhacıyev Polşa idmançısı Maqomedmurad Hacıyevlə qarşılaşıb. İdmançımız ilk görüşdəcə məğlub olub - 2:7.
11:51
125 kq-da 1/8 final mərhələsində təmsilçimiz Cəmaləddin Məhəmmədov Türkiyə idmançısı dünya və Avropa çempionu Taha Akgüllə qarşılaşıb. Qardaş ölkə təmsilçisi 5:2 hesabla görüşü qalib başa vurub.
11:23
11:08
Avropa və dünya çempionumuz Hacı Əliyev ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib və o da qardaşı kimi erməniyə öz gücünü göstərib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib. Hacı Əliyevin 1/4 finaldakı rəqibi slovakiya idmançısçısı Mikola Bolotnyuk olacaq.
1/16 finalda sərbəst güləşçimiz Cəmaləddin Məhəmmədov italiyalı rəqibi Jonas Rudaviciusi 10:0 hesablı tam qələbəylə məğlub edib. 1/8 finalda Cəmaləddin Məhəmmədovun rəqibi Türkiyə təmsilçisi Taha Akgül olacaq.
09:55
Bu gün Bakı-2015-də sərbəst güləş yarışlarının son görüşləri baş tutacaq.
Publika.az xəbər verir ki, 4 çəki dərəcəsində güləşçilərimiz mübarizə aparacaq.
61 kq çəki dərəcəsində təmsilçimiz Hacı Əliyev 1/8 finalda erməni Valodiya Franqulyanla görüşəcək. Qarşılaşma saat 10:49-da başlayacaq.
70 kq çəki dərəcəsində Ruslan Dibirhacıyev 1/8 finalda bolqar Miroslav Kirovla polşalı Maqomedmurad Hacıyevin qalibi ilə görüşəcək.
86 kq çəki dərəcəsində təmsilçimiz Nurmaqomed Hacıyev 1/8 finalda bolqarıstanlı Georgi Sredkovla üz-üzə gələcək.
Qarşılaşma saat 10:56-da başlayacaq.
125 kq çəki dərəcəsində Camaləddin Maqomedov ilk görüşünü litvalı Yonas Rudaviçiusla keçirəcək. Qarşılaşma saat 10:21-də başlayacaq.