Redaktor seçimi
Günün xəbəri

Azərbaycan paraatletika millisi Qran -pridə çıxış edəcək

 

Paraatletika üzrə Azərbaycan millisi İtaliyanın Cesolo şəhərində təşkil olunacaq Qran-pridə çıxış edəcək.

Yenixeber.org-un məlumatına görə, bu gün startı veriləcək yarışda yığmanın 5 idmançısı qüvvəsini sınayacaq.

Elvin Astanov, Ömər Bozbaxov, Orxan Qasımov, Məhərrəm Qasımov və Elmir Cəbrayılov baş məşqçi Oleq Panyutinin rəhbərliyi altında fəxri kürsüyə qalxmaq uğrunda yarışacaqlar.

Martın 24-dək davam edəcək Qran-pri 17-25 may tarixlərində Yaponiyanın Kobe şəhərində baş tutacaq dünya çempionatına hazırlıq xarakteri daşıyır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam