Redaktor seçimi
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Günün xəbəri

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi milli üzvləri ilə görüşüb

 

Azərbaycan Ağırlıqqaldırma Federasiyanın (AAF) rəhbərliyi beynəlxalq yarışlara hazırlaşan yığma komandaların üzvləri ilə görüş keçirib.

AAF-dan Yenixeber.org-a verilən məlumata görə, "ASK Arena"da yerləşən təlim-məşq bazasında baş tutan tədbirdə qurumun vitse-prezidenti Firdovsi Umudov iştirak edib.

Umudov atletlərə Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Avropa çempionatı və Dünya Kuboku, həmçinin digər beynəlxalq yarışlarda uğurlar arzulayıb, onlara inamlarını ifadə edib. Vitse-prezident qeyd edib ki, ölkəmizdə idmana dövlət səviyyəsində diqqət və qayğı nümayiş etdirilir, AAF da öz növbəsində bu idman siyasəti çərçivəsində atletlərin şəraitinin daima yaxşılaşdırılması istiqamətində işlər görür, hər bir idmançını diqqət mərkəzində saxlayır.

Komanda üzvləri rəhbərliyə təşəkkür edib, bu görüşlərin onlar üçün əlavə motivasiya olduğunu, ruh yüksəkliyi verdiyini, yarışlar zamanı böyük dəstək olacağını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam