Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Mehriban Əliyevanın AGF prezidenti kimi 17 illik fəaliyyəti dünya idmanı üçün nümunədir - RƏY - VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfəri zamanı idman məsələlərini də diqqət mərkəzində saxladı. Birinci vitse-prezident noyabrın 21-də “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış oldu.

Yenixeber.org: Onu “Lujniki” Olimpiya Kompleksində İrina Viner-Usmanova qarşıladı. Mehriban Əliyeva və Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova çay masası arxasında söhbət etdilər. Birinci vitse-prezident İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladı. Sonda Mehriban Əliyevaya xatirə hədiyyəsi təqdim olundu.

İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanışlıq heç də təsadüfi deyildi. Mehriban Əliyeva artıq 17 ildir Azərbaycan Gimnastika Federasiyasının (AGF) prezidentidir. Bu, Birinci vitse-prezidentin ilk ictimai vəzifələrindən biri kimi zəngin karyerasında xüsusi yeri tutur. İrina Viner-Usmanovanın isə ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafında xüsusi rolu var. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan və Rusiya arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Viner-Usmanova “Dostluq” ordeni ilə təltif edilib.

 

Mariana Vasileva: "Mehriban xanımın dəstəyi sayəsində gimnastika hər gün irəli gedir"

AGF İcra Komitəsinin üzvü və bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasilevanın fikrincə, Kompleksin qapılarını açaraq, Azərbaycanın Birinci vitse-prezidentinə göstərməsi İrina Viner-Usmanova üçün böyük şərəfdir: "Mənim də bu kompleksi görmək imkanım olub. 19 - 21 iyulda gənclər arasında ilk Dünya Çempionatı məhz bu idman qurğusunda keçirilmişdi. Həmin vaxt Azərbaycan yığması 61 ölkə arasında komanda hesabında 5-ci yeri tutmuş, Arzu Cəlilova isə bir gümüş və bir bürünc medal qazanmışdı. Kompleksin qapılarını açaraq, federasiyamızın prezidentinə göstərməyin İrina Viner-Usmanova üçün böyük şərəf olduğunu düşünürəm. Çünki dünyada ilk dəfə belə bir kompleks məhz Azərbaycanda Mehriban xanım Əliyevanın təşəbbüsü və dövlətimizin başçısı İlham Əliyevin sayəsində inşa olunub. Hesab edirəm ki, Mehriban Əliyeva və ölkə rəhbərliyi sayəsində gimnastika təkcə Azərbaycanda deyil, bütövlükdə dünya miqyasında inkişaf edir. Gimnastikanın Azərbaycanda düzgün və əsaslı şəkildə inkişafı bu idman növü üzrə ixtisaslaşmış qurğunun tikintisinə ehtiyac yaradıb. Cəsarətlə deyə bilərəm ki, Milli Gimnastika Arenasının tikintisi digər ölkələrdə də belə bir idman qurğularının tezliklə inşasına təkan verib. Belə bir idman qurğusunun tikintisi digər ölkələr üçün yaxşı bir nümunə olub. Rusiya ilə yanaşı, Belarus və Qazaxıstanda da bu cür idman qurğuları inşa olunub.

10 ildən çoxdur bədii gimnastika üzrə milliyə rəhbərlik edən bolqarıstanlı mütəxəssis bildirib ki, M.Əliyevanın işlərinin çoxluğuna baxmayaraq, gimnastikanı da daim diqqətdə saxlaması nəticəsində bir sistem formalaşıb: "Mehriban xanım insanlara necə işləməyin lazım olduğunu göstərə bilir. O, 2002-ci ildən AGF-nin prezidentidir. Əlbəttə, o, özü çox məşğuldur, fiziki olaraq daim gimnastların yanında olmaq imkanı yoxdur. Lakin Mehriban xanım bizə bütün planlarımızı həyata keçirmək imkanı verir. Məhz onun dəstəyi sayəsində gimnastika hər gün irəli gedir. Əks halda, bu, mümkün deyil. Bunu birinci dəfə demirəm, hər dəfə təkrar edəcəyəm: Önəmli məsələ mənəvi dəstəkdir. Bəziləri elə düşünür ki, maliyyə dəstəyi varsa, hər şey tezliklə həyata keçəcək. Xeyr, bu, belə deyil. Mehriban xanım hələ 2009-cu ildə demişdi: "Mən ölkədə gimnastika üzrə sistem qurmağınızı istərdim". Sistemlə nəticə arasında böyük fərq var. İnsanlar bu fərqi çox vaxt anlamır, yalnız nəticələr əsasında mühakimə yürüdürlər. Sevindirici haldır ki, bədii gimnastika növündə təkcə sistem deyil, yaxşı nəticələrimiz də var. Biz bu sistemi onun dəstəyi və inamı sayəsində qurmuşuq".

"Biz dünya miqyasında ilk "5-lik"dəyik"

AGF İcra Komitəsinin üzvü artıq Azərbaycan gimnastlarının nəticələr verməyə başladıqlarını vurğulayıb. Bu baxımdan, M.Vasileva 2014-cü ildə inşa edilmiş Milli Gimnastika Arenasının (MGA) rolunu xüsusi qeyd edib: "Bu kompleks təkcə nailiyyətlərimizin yox, sistemin mövcudluğu sayəsində inşa olunub. Belə bir idman qurğusunun tikintisinə gərək var idi. Çox şadam ki, 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına 2 lisenziyanı məhz son zamanlar Azərbaycanda formalaşmış bədii gimnastika məktəbinin yetirmələri - Zöhrə Ağamirova və qrup hərəkətləri üzrə komanda qazanıb. İnsanları öyrətmək lazımdır. Çoxları nəticələri Rusiya, Belarus, Bolqarıstan, Ukrayna və İtaliya gimnastlarının göstəriciləri ilə müqayisə edirlər. Belə müqayisə bir qədər düzgün deyil. Çünki Azərbaycanın gimnastikada bu ölkələr qədər ənənəsi olmayıb. Azərbaycan hələ nəticələr göstərməyə başlayır. Bununla belə, biz dünya miqyasında ilk "5-lik"dəyik. Belə nailiyyətə görə idmançılar və məşqçilərin işini vurğulamaq lazımdır. Bədii gimnastika da çox məqsədəuyğun formada inkişaf edir və istədiyimizə nail oluruq. Dəstək olmadan buna çatmaq mümkün deyildi".

Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova və qrup komandası Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarına lisenziyanı sentyabrda Bakıda keçirilmiş Dünya Çempionatında qazanıb.

Bədii gimnastların ardınca kişi və qadın idman gimnastları da Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. 4 - 13 oktyabrda Almaniyanın Ştutqart şəhərində keçirilmiş Dünya Çempionatında qadın idman gimnasti Marina Nekrasova və kişi idman gimnastı İvan Tixonov çoxnövçülük üzrə təsnifat mərhələlərində yetərli xal toplayaraq, olimpiadaya vəsiqəni təmin ediblər. Nekrasovanın əldə etdiyi lisenziya Azərbaycanın qadın idman gimnastikası tarixində bir ilkdir. O, olimpiadada bu növ üzrə ilk dəfə Yaponiya paytaxtında mübarizə aparacaq.

2020-ci ildə Azərbaycanda gimnastika növləri üzrə 8 beynəlxalq yarış keçiriləcək

M.Vasilevanın sözlərinə görə, lisenziyaların təkcə bədii gimnastikada yox, idman gimnastikasında da qazanılması bir ilin yox, illərin birgə əməyinin nəticəsidir: "İlk idmançılarımız çıxış etməyə başlayanda Avropa çempionatından medallar gətirirdik. Buna çox şadam. Çalışdığım müddətin 9 ilində qitə çempionatlarından medallarla qayıtmışıq. Nə qədər yerli idmançının nəticə verdiyini təsəvvür edin. İstər fərdi, istərsə 5 bədii gimnastdan ibarət olan qrup hərəkətlərində illərlə medallar qazanmışıq. Amma əsas məsələ nəticə yox, bu idmançılar və ilk məşqçilərin sonrakı nəsillərə yol açmalarıdır. Artıq yeni nəsil üçün nəticə göstərmək nisbətən asandır, çünki nümunə götürməyə kimsə var. Hakimlər yerli gimnastların nəyə qadir olduqlarını bilirlər. Artıq bu, qanunauyğunluqdur və belə də olmalı idi. Amma olmaya da bilərdi. Çünki bu, idmandır. Heç də hər zaman gözləntilərimiz alınmır. İstənilən peşəkar idman növündə zədə təhlükəsi var. İdeal hazırlaşdığın halda, elə səhv edə bilərsən ki... Necə ki, Gürcüstanın titullu bədii gimnastı, olimpiada iştirakçısı Salome Pajava Bakıdakı dünya çempionatında lisenziyaya çox yaxın olduğu halda, gürzlə hərəkət zamanı son saniyələrdə səhvə yolverdi. Gürzlərini yerə salması üzündən o, mundialda "Tokio-2020"yə lisenziya qazana bilmədi. İndi Pajava 2020-ci ildə son şansından yararlanmağa çalışmalıdır və ümid edirəm ki, məqsədinə çatacaq. Bizim bu lisenziyaları qazanmağımız isə qanunauyğunluqdur və buna çox şadıq. İndi məqsədimiz olimpiadada layiqincə çıxış edərək, həm fərdi, həm də qrup hərəkətləri üzrə finala yüksəlməkdir. Finalda isə hər şey mümkündür. Medal barədə isə heç vaxt düşünmürəm. Sadəcə, medal qazanmaq istəyirəm. Çünki medal heç vaxt hədiyyə olunmur, özün qazanırsan. İdmançının, federasiyanın əməyi, ölkəni təmsil edəcək hakimlərin, publikanın sayəsində".

Ötən il Milli Gimnastika Arenasında 3 Dünya Kuboku, 1 Dünya və 2 Avropa Çempionatı keçirilib. Bunlar batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku, idman gimnastikası üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Dünya və Avropa çempionatı, Dünya Kuboku və aerobika gimnastikası üzrə Avropa çempionatıdır. Həmçinin Bakı-2019 Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar və “AGFJunior Trophy” beynəlxalq turniri də bu arenada təşkil olunub.

 

AGF üçün 2020-ci təqvim ili də beynəlxalq tədbirlərlə zəngin olacaq. Bakıda Dünya və Avropa çempionatları da daxil olmaqla, 8 beynəlxalq yarış təşkil ediləcək.

"Çox şadam ki, Mehriban xanım Prezident İlham Əliyevlə birlikdə bədii gimnastika üzrə Dünya Çempionatının açılış mərasiminə qatıla bildi. Onların tezliklə yenidən bizimlə olacaqlarına ümid edirəm. Çünki 2020-ci ildə olimpiadaya lisenziya xarakterli batut, idman gimnastikası və bədii gimnastika üzrə 3 Dünya Kubokuna da ev sahibliyi edəcəyik. Habelə, Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Dünya Çempionatı və kişilər arasında idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Ümumilikdə isə gələn il Milli Gimnastika Arenasında 8 beynəlxalq yarış təşkil olunacaq" deyə baş məşqçi vurğulayıb.

Azərbaycanın dünyaya tanıdılmasında gimnastikanın rolu

Beynəlxalq miqyaslı fəaliyyətin daha bir istiqaməti isə Azərbaycanın mövqeyinin gücləndirilməsinə yönəlib. Bu baxımdan, AGF-nin sabiq baş katibi Fərid Qayıbovun 2017-ci il dekabrın 2-də Avropa Gimnastika İttifaqının prezidenti seçilməsi də tarixi nailiyyət kimi dəyərləndirilməlidir. M.Vasileva bu hadisəni Azərbaycanın böyük uğuru adlandırıb: "Fərid Qayıbov idman tarixində Avropada belə mövqeni tutan ilk azərbaycanlıdır. Azərbaycan Fərid Qayıbovun ölkəsidir, onun adı həmişə ölkəmizlə bağlı olacaq. Bu məqamın özü nəinki gimnastika, ümumilikdə qitə idmanında böyük rol oynayır. Çünki Qayıbovu bir prezident kimi müxtəlif nüfuzlu beynəlxalq forumlara tez-tez dəvət edirlər. Hesab edirəm ki, bu, Azərbaycan üçün böyük uğurdur. Azərbaycan istənilən beynəlxalq qurumda iştirak etdikcə daha da güclənir. Fikrimcə, məhz Mehriban xanım Əliyeva hamıya Avropada hansısa bir mövqeyi tutmaq üçün çalışmaqda nümunə olub. Mehriban xanımın bizə verdiyi örnək bizi onun ardınca aparır. Bu baxımdan, Fərid Qayıbovun belə yüksək vəzifəyə seçilməsi təsadüfi deyil".

AGF İcraiyyə Komitəsinin daha bir üzvü, Milli Məclisin deputatı Rauf Əliyev isə "Report"a açıqlamasında bildirib ki, gimnastika sahəsində əldə olunan uğurlar Azərbaycanın Birinci vitse-prezidenti, AGF prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır: "Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində respublikamızda idmanın bu növü üçün lazım olan, dünya standartlarına cavab verən maddi-texniki baza yaradılıb və Azərbaycanda gimnastika sürətlə inkişaf edib. Azərbaycan gimnastları iştirak etdikləri yarışlarda yüksək nəticələr əldə edirlər. 16 - 22 sentyabrda Milli Gimnastika Arenasında keçirilmiş bədii gimnastika üzrə 37-ci Dünya Çempionatı AGF prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çox yüksək səviyyədə təşkil olunmuşdu. Gimnastlarımız bu çempionatda uğurla çıxış edərək XXXII Yay Olimpiya Oyunlarına lisenziyalar qazandılar. İnanırıq ki, gimnastlarımız bundan sonra da nüfuzlu yarışlarda uğurla iştirak edəcək və "Tokio 2020"də Azərbaycanı yüksək səviyyədə təmsil edəcəklər".

R.Əliyevin sözlərinə görə, bədii gimnastika üzrə Dünya Çempionatı Azərbaycan artıq müxtəlif idman növləri üzrə Dünya və Avropa çempionatlarının, digər beynəlxalq idman tədbirlərinin keçirildiyi idman ölkəsinə çevrildiyini bir daha nümayiş etdirib: "Azərbaycan "Bakı 2015" I Avropa Oyunları, "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına, “Formula 1”ə, UEFA Avropa Liqasının final matçına ev sahibliyi edib. Gələn il AVRO-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin 1 oyunu Bakıda təşkil olunacaq. Bütün bunlar Azərbaycanın uğurlarıdır və eyni zamanda Azərbaycanın dünyada təbliğ olunmasında böyük rol oynayır". 

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam