Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır

 

“Nar” ölkədə voleybolun inkişafına və təbliğinə mühüm töhfə məqsədi ilə Azərbaycan Voleybol Federasiyasının (AVF) rəsmi tərəfdaşı oldu. Əməkdaşlıq çərçivəsində mobil operator qadınlar və kişilər arasında yerli çempionatın keçirilməsinə dəstək göstərəcək.

Yenixeber.org: “Nar”ın dəstəyi ilə 2023-2024-cü ilin voleybol mövsümü artıq start götürüb. Voleybol həvəskarlarına ölkə çempionatının oyunları izləmək və dəstək olmaq üçün giriş sərbəstdir. “Nar” Azərbaycan Voleybol Çempionatında öz komandasını təmsil edən bütün voleybolçularımıza uğurlar arzu edir.

Voleybol idman növünü yerli və beynəlxalq səviyyədə təbliğ etmək məqsədi ilə “Nar” 2017-ci ildə qadın voleybolçular arasında Avropa çempionatının rəsmi telekommunikasiya tərəfdaşı kimi çıxış edib.

Korporativ sosial məsuliyyət (KSM) strategiyasına uyğun olaraq “Nar” ölkədə sağlam həyat tərzini  təbliğ edərək gənclər arasında voleybol daxil olmaqla, müxtəlif idman növlərinə marağın artmasını dəstəkləyir. Mobil operatorun gerçəkləşdirdiyi KSM layihələri haqqında nar.az/projects səhifəsindən məlumat əldə edə bilərsiniz.

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam