Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Prezident həmişə əsl azərbaycanlı kimi davranır”

 

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Xankəndi şəhərində keçirilən “Qarabağ”- MOİK oyunundan sonra mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb.

Yenixeber.org həmin müsahibəni təqdim edir:

- Hər kəsi təbrik edirəm. Burda ilk dəfə mətbuat konfransı keçirilir. Həddindən artıq həyəcanlıyam, neçə illərdir ki, bunu hamı həsrətlə gözləyirdi. İnanmırdıq ki, ilk oyunumuzu Xankəndidə keçirəcəyik. Ali Baş Komandanımız, qəhrəman əsgərlərimiz sayəsində buradayıq. Oyuna gəldikdə isə, mübarizə aparmaq çətin idi. Çünki hər kəs Xankəndi, Şuşa haqqında danışırdı, düşünürdü. MOİK də sona qədər mübarizə apardı.

- MOİK-lə bu cür ağır oyun gözləyirdiniz? 

- Düzünü desəm, belə gözləmirdik. Futbolçularıma da dünən göstərmişdim ki, rəqib yaxşı müdafiə olunur, əks-hücuma keçir. Komandamızda həyəcan var idi.

- Kubokda 1/4 finala adlamısınız. İki oyun keçirəcəksiz, bəs hər ikisini burada oynamaq istəyərsiniz? 

- İstəyərdik. Onlardan biri ev oyunudur. Onu Xankəndidə oynamaq istəyərik. Digər matç rəqibin ev matçıdır və onların buna razılaşıb-razılaşmayacağını bilmirəm.

- Prezident İlham Əliyev bildirdi ki, yaxın günlərdə “İmarət” stadionunun inşasına başlanılacaq. Bununla bağlı hissləriniz necədir?

- Çox gözəl xəbərdir. Cənab Prezident həmişə əsl azərbaycanlı kimi davranır və bizim tarixi ərazilərimizə sahib çıxır. Ölkə başçısı “İmarət” stadionunun yenidən mövcud olmasını istəyir. Ümid edirəm ki, bir gün orada oyun keçirəcəyik.

Qeyd edək ki, “Qarabağ”la MOİK arasında keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib. “Qarabağ” hesabı 90+5-ci dəqiqədə açıb, Nəriman Axundzadə fərqlənərək tarixi qolun müəllifi olub. Oyunu Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, şəhid ailə üzvləri də stadiondan izləyiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam