Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ölkəmizdə radiasiyanın səviyyəsi yüksəkdir

 

“Azərbaycanda nüvə reaktorları və nüvə stansiyaları yoxdur. Amma ölkədə radiasiyanın səviyyəsi yüksəkdir”.

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Avropa İttifaqının nümayəndəsi Yurgen Uilyams Aİ tərəfindən maliyyələşən radiasiya təhlükəsizliyi üzrə “Tvinning” layihəsinin yekunu ilə bağlı tədbirdə deyib.

Y. Uilyams bu sahədə Azərbaycanda dövlət agentliyinin yaranmasını təqdirəlayiq hesab edib: “Mən çox şadam ki, bu “Tvinning” layihəsi Azərbaycanda kifayət qədər qiymətləndirilib. İndiyə kimi Avropa İttifaqı Azərbaycanda 30 layihə reallaşdırılıb və bunlarda onunun həyata keçirilməsi gözlənilir. Ümid edirəm ki, layihənin icrasında ekspert kimi çıxış edən Litva ilə Azərbaycan arasında layihənin bitməsindən sonra da əməkdaşlıq davam etdirəcək”.

Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas isə bildirib ki, layihədə məqsəd hər hansı tərəfi öyrətmək deyil, fikir mübadiləsi aparmaqdır: “Belə layihələrdə hər bir tərəf öz səhvini görə və təcrübə mübadiləsi də apara bilər”.

Litvanın Radiasiya Təhlükəsizliyi Mərkəzinin direktoru Albinas Mastauskas layihə çərçivəsində həyata keçirilən işlərdən danışıb.

Azərbaycan Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəhbəri Vüqar Hüseynovun sözlərinə görə, Azərbaycan prezidentinin sərəncamı ilə 2014-cü ilin mayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində Nüvə Araşdırmaları Milli Mərkəzi yaradılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, Litva Respublikası Radiasiya Təhlükəsizliyi Mərkəzi, Litva Respublikası Layihələrin İdarəolunması Mərkəzi Agentliyi ilə birlikdə “Azərbaycan Respublikasında Radiasiya Təhlükəsizliyi İnfrastrukturunun Gücləndirilməsi və Dəstəkləyici Xidmətlərinin İnkişafı” adlı layihəni həyata keçirib. Layihə 2013-cü ilin yanvarından 2015-ci ilin yanvarına qədər olan dövrü əhatə edib. 25 ay davam edən bu layihənin məqsədi Azərbaycan Respublikasında ionlaşdırıcı şüalanmanın təsirinə olan nəzarətin artırılması və bütün növ radiasiya mənbələri üzərində enerji siyasətinin daha da yaxınlaşdırılmasıdır.

(APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam