Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

DSMF Avropa İttifaqı ilə birgə layihə hazırlayır

 

Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda səfərdə olub.

 

"Xeberinfo.com":  Məlumata görə, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti üzrə qanunvericiliyin hazırlanması sahəsində Dövlət Sosial Müdafiə Fondu ilə Avropa İttifaqının birgə layihəsi çərçivəsində beynəlxalq ekspertlərin növbəti missiyası Azərbaycanda səfərdə olub.

 

Ekspertlərin səfəri barədə məlumat verən Layihənin rəhbəri, DSMF-nin şöbə müdiri Nigar Pənahova bildirib ki, səfər ötən dövrdə Layihə çərçivəsində görülmüş işlər, aparılmış araşdırmalar, habelə növbəti aylarda yerinə yetirilməsi nəzərdə tutulan işlərin Fondun nümayəndələri ilə müzakirə edilməsi məqsədi daşıyır. N.Pənahova diqqətə çatdırıb ki, Layihənin icrasını həyata keçirən beynəlxalq ekspertlərin daxil olduğu missiya hazırda yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin ilkin planının (“blueprint”) layihəsi üzərində işləyir. Bu işlər başa çatdırıldıqdan sonra ictimaiyyətin daha ətraflı məlumatlandırılması məqsədilə sənəd layihəsinin Avropa İttifaqı tərəfindən geniş təqdimatının keçirilməsi nəzərdə tutulur.

 

Ötən həftə ərzində davam edən səfər çərçivəsində ekspertlərin və DSMF-nin nümayəndələrinin iştirakı ilə çoxsaylı görüş və müzakirələr təşkil olunub, Azərbaycanda pensiya islahatlarının növbəti mərhələsi, habelə yığım komponenti və qeyri-dövlət pensiya təminatının tətbiqinin müxtəlif aspektləri ilə bağlı geniş təqdimatlar nümayiş etdirilib.. Təqdimatla çıxış edən DSMF-nin Hüquq və  strateji araşdırmalar şöbəsinin müdiri Aynur Atayeva Azərbaycan Respublikasının Prezidentinin 4 noyabr 2014-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən olunan ölkəmizdə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəfləri barədə ətraflı məlumat verib.

 

Təqdimatlarda qeyd olunub ki, Layihə üzrə qanunvericilik bazasının yaradılması üçün ilkin planda pensiya təminatı sisteminin hər bir səviyyəsinə aid müxtəlif təşkilati, inzibati, maliyyə, nəzarət, hüquqi və s. məsələlər öz əksini taparaq ətraflı təsvir olunacaqdır.

 

Qeyd edək ki, Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində təsdiqlənmiş və benefisiarı DSMF olan Layihə Latviyanın Rifah Nazirliyi və Almaniyanın Əmək və Sosial İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Layihənin reallaşdırılması ilə ölkəmizdə dövlət pensiya təminatı sistemində real yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyətini tənzimləyəcək təkmil normativ hüquqi baza hazırlanacaqdır. Müəyyən edilmiş prosedur qaydalarına uyğun olaraq Layihənin həyata keçirilməsi üçün təsdiq olunan müqavilə cari ilin aprel ayında qüvvəyə minib. 5 iyun 2014-cü il tarixdə Avropa İttifaqının respublikamızdakı nümayəndəliyinin rəhbəri, bir sıra Avropa dövlətlərinin səfirləri, Dünya Bankı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların, Dövlət Sosial Müdafiə Fondunun və digər dövlət qurumlarının rəhbər şəxsləri və səlahiyyətli nümayəndələrinin iştirakı ilə Layihənin təqdimatı keçirilib. Layihə üzrə işlərin 2015-ci ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulub.

 

Qeyd edək ki, Layihə çərçivəsində DSMF əməkdaşları üçün növbəti təlim səfəri 2015-ci ilin yanvar ayında Almaniyaya nəzərdə tutulub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam