Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Davada ölən azərbaycanlıya görə millətlərarası münaqişə yaranıb – Foto

 

Rusiyanın Sverdlovsk vilayətinin Nijnıy Serqı şəhərində, gecə klublarından birinin qarşısında iyunun 22-də baş vermiş davada ölən azərbaycanlıya görə millətlərarası münaqişə riski yaranıb.

Yenixeber.org: Bu münaqişədən kriminal aləmin region üzrə “smotryaşisi” Vaqif Güləhməd oğlu Sultanovun (“Vaqif Kamışlovski”) yerini tutmaq cəhdləri üçün istifadə oluna bilər.

Azerbaycanlini oldurubler _src

“Vaqif Kamışlovski” bu günlərdə ölüb və onun dəfn mərasiminə xüsusi təyinatlılar basqın edib. Onlarla kriminal element saxlanılıb. Vaqifin yerinə əsas iddiaçılar Andrey Vorotnkov (“Vorotnik”), Ağayar Ağayev və Giya Akoyev (“Giya Sverdlovski”) hesab olunurlar.

“Arqumenti i Faktı-Ural” yazır ki, Nijnıy Serqıda azərbaycanlının öldürülməsi ilə bağlı mübahisəyə azəbaycanlı diasporundan kriminal dairələrə yaxın kimsə qarışıb nizamlaya bilər.

Xatırladılır ki, iyunun 22-də Nijnıy Serqıda 40 yaşlı yerli sakin üç azərbaycanlı ilə mübahisə edib. Bu zaman dava yaranıb və onun gedişində 120 kiloqram ağırlığında olan, Rüfət adlı 49 yaşlı azərbaycanlı ölüb. Sonradan onun ürək xəstəsi olduğu açıqlanıb. Azərbaycanlılar həmin şəxsin qisasını almaq üçün kütləvi “razborka”ya cəhd ediblər. Yaxın şəhərlərdən də Nijnıy Serqıya azərbaycanlılar yollanıb.

Şəhəri OMON qüvvələri əhatəyə alıb. Polis azərbaycanlının ölümündə əli olan İvan adlı yerli sakini və onun texnikasını gizlədib, ailəsini şəhərdən çıxarıb. Çünki azərbaycanlılar İvanın “hər şeyini yandıracaqlarını” deyiblər. Hadisə sosial şəbəkələrdə də rezonans doğurub, azərbaycanlılara qarşı çağırışlar səslənib.

Digər məlumata görə həmin davadan bir gün əvvəl bir dəstə azərbaycanlı yerli sakini döyüb. Bundan sonra münaqişə edən tərəflər həmin kafenin qarşısında görüş təyin ediblər. “Azərbaycanlılar tərəfdən görüş yerinə bir dəstə adam gəlib, yerli sakinlər isə 3 nəfər olublar. Dava zamanı azərbaycanlılardan birini itələyiblər və o, yıxılıb ölüb”-mənbə deyib.

Orta Uraldakı azərbaycanlı diasporunun lideri Şahin Şıxlinski də bu davaya münasibət bildirib, orada milli məsələnin olmadığını deyib.

Azerbaycanlini oldurubler _ 2

Azərbaycanlını vuran İvan

 

Azərbaycanın Uraldakı Baş konsulu İlqar İsgəndərov isə deyib ki, konsulluq münaqişələrin dinc yolla həllinə tərəfdardır və hüquq-mühafizə orqanlarından həmin dava ilə bağlı ətraflı məlumat gözləyir.

“Mən bilmirəm, ölən şəxs Azərbaycan vətəndaşıdır, ya yox. Əgər o Rusiya vətəndaşıdırsa hər şey qanun çərçivəsində olacaq. Bizim mövqeyimizə gəldikdə isə şübhəsiz ki, bütün çoxmillətli konfessiyalar arasında sülhə tərəfdarıq”,-konsul deyib. Əlavə edib ki, konsulluq həmin davanın “sırf məişət zəminində” baş verdiyini düşünür və hadisəni ətraflı araşdıracaq.

“Bizim buradakı diasporumuz çoxsaylıdır və əlbətdə, biz istəməzdik ki, hansısa maraqlı şəxslər bu situasiyadan öz xeyirləri üçün istifadə etsinlər. Bizə stabillik, dostluq lazımdır”,-İsgəndərov əlavə edib.

Konsul İ.İsgəndərov

 

Baş konsulun sözlərinə görə, o “azərbaycanlıların rus oğlanlarını küçədə ovlayıb döydükləri” barədə deyilənlərə inanmır. Çünki “rus oğlanları həmişə özlərini qoruya bilirlər”.

Rusiya DİN-in Sverdlovsk vilayəti üzrə idarəsi də hadisənin “sırf məişət zəminində” baş verdiyini açıqlayıb. Həm davada ölən azərbaycanlının, həm onu vuranın əvvəllər məhkum edildiklərini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam