Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rövşən Lənkəranskinin qruplaşmasına basqın – 30 nəfər saxlanıldı

Rusiyanın Ural vilayətinin güc strukturlarının əməkdaşları avqustun 4-dən 5-nə keçən gecə məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qruplaşmasına daxil olan cinayətkar birləşmənin üzvlərinə qarşı xüsusi əməliyyat keçirib.

Xeberinfo.com:   Virtualaz.org xəbər verir ki, Nijniy Tagildə keçirilənirimiqyaslı xüsusi əməliyyat zamanı cinayətkar “sxodka”nın 30 iştirakçısı saxlanılıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarına “Rövşən Lənkəranski”nin qruplaşmasının toplantı keçirəcəyinə dair informasiya əvvəlcədən daxil olub. Və ənənəvi olaraq xüsusi təyinatlılar qruplaşma üzvlərini qəfil yaxalayıblar. Əməliyyat məlumatlarına görə saxlanılanlar reket yoluyla yerli biznesmenlərdən pul toplayan qruplaşmanın üzvləridir. “Sxodka”da yerli azərbaycanlı diasporunun bir neçə tanınmış nümayəndəsi də olub. Onların kriminal “sxodka”ya hansı məqsədlə qatıldığı aydınlaşdırılır.

Rovsenlenkeranskiihffhfhf (1)hnh

Saxlanılanlardan 8-i yerli biznesmenlərdən birindən iri məbləğdə pulu reketliklə almaqda şübhəli bilinir.

Xatırladaq ki, bu il martın sonlarında Sverdlovsk vilayəti üzrə əməliyyat polisi FTX-nin yerli idarəsinin əməkdaşları ilə birlikdə azərbaycanlı kriminal ünsürlərin toplantısına basqın edib, “Rövşən Lənkəranski”nin region üzrə səlahiyyətli adamı Ağayar Ağayev və bir neçə başqa qruplaşma üzvü saxlanılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam