Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

"Azərbaycan əsgərləri ilə döyüş davam edir, hər iki tərəfdən itkilər var" -Cəbhədə gərginlik

"Azərbaycan əsgərləri ilə döyüş davam edir, hər iki tərəfdən itkilər var" -

 

Ermənistanın Müdafiə Nazirliyi cümə axşamı Azərbaycan tərəfinin "diversiya cəhdi" barədə məlumat yayıb.

Xeberinfo.com:  Məlumatda iddia olunur ki, dekabrın 29-da səhər Azərbaycan əsgərləri Ermənistanın Tavuş rayonu Çinari kəndi ərazisinə keçməyə cəhd ediblər, Ermənistan ordusunun əsgərləri onlarla döyüşə girib.

Bu barədə Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin sözmüsü Artsrun Ovannisyan məlumat yayıb.

Onun bildirdiyinə görə, snayperlərin və qumbaraatanların istifadəsi ilə döyüç davam etməkdədir.

Ovvanisyanın yazdığına görə, "Ermənistan silahlı qüvvələri vəziyyətə nəzarət edir".

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna məlumatdan xəbərdar olduqlarını, amma rəsmi məlumat olmayınca heç nə deyə bilməyəcəklərini bildirdilər.

İTKİLƏR VAR

"Çinari kəndi yaxınlığında döyüş davam edir, hər iki tərəfdən ölən və yaralanan var".

Bunu isə AzadlıqRadiosunun Ermənistan xidmətinə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin İnfprmasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gevorq Altunyan deyib.

Ermənistan tərəfi tezliklə bununla bağlı rəsmi məlimat yayacağını deyir.

O deyib ki, "hələ ki məlumat dəqiqləşdirilir, amma güman ki, Ermənistan tərəfdən itkilərin olması məlumat təsdiqini tapacaq".

Altunyan iddia edir ki, "əlbəttə ki, Azərbaycan tərəfindən ölən və yaralanan var."

Qeyd edək ki, bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində hərbi toqquşmalar baş verib. Hər iki tərəfdən onlarla hərbçi həlak olub.

Azərbaycan həmin döyüşlərdə 2 min hektar ərazinin işğaldan azad olunduğunu bildirir.

Aprelin 5-də isə tərəflər Moskvada yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılığa gəliblər.

Azərbaycan və Ermənistan hakimiyyəti bir-birini münaqişəni qızışdırmaqda ittiham edir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ separatçıları və Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.(Azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam