Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
Günün xəbəri

“Gülenə aid hər şey sökülməlidir”

Türkiyənin “Yimpaş” şirkətinin Türkmənistanda üzləşdiyi problemlər şirkət sahiblərinin Fethullah Gülenlə əlaqələri ilə bağlıdır.

Xeberinfo.com:   Bunu Türkmənistanın nazirliklərinin birindəki mənbə Azadlıq Radiosunun türkmən xidmətinə bildirib.

Adının çəkilməsini istəməyən nazirlik işçisi deyib ki, “Yimpaş” ticarət kompleksinin binasını “sahiblərinin Fethullah Gülenlə bağlı qurumlardan biri ilə əlaqələrinə görə”sökürlər.

Onun sözlərinə görə, hazırda “Yimpaş” biznes mərkəzlərinin Türkiyədən olan bütün inzibatçı heyəti Türkmənistandan çıxarılıb. “Yalnız icraçı direktor və mühasibatdan bir neçə nəfər qalıb”, – deyə mənbə bildirib.

“HƏR ŞEY SÖKÜLMƏLİDİR”

O, həmçinin qeyd edib ki, hələlik, yalnız ticarət mərkəzinin binasının sökülməsindən söhbət gedir. Şirkətə məxsus biznes kompleksinin taleyi isə müəyyən edilməyib. Ancaq o əlavə edib ki, ölkə rəhbərliyinin göstərişi ilə “Gülenə aid hər şey sökülməlidir”.

Türkmənistanda ilk və ən böyük ticarət kompeksi dekabrın 19-da tamamilə bağlanıb. Bundan bir neçə gün öncə ölkə tarixində ən böyük endirim kampaniyası keçirilib.

Oktyabrda Azadlıq Radiosu hakimiyyətin türk və yerli iş adamlarına təzyiq göstərməsi, ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülenlə əlaqələrdə şübhəli bilinən iş adamlarına repressiyalar barədə məlumat vermişdi.

O zamandan bəri onlarla türkmən işadamı həbs edilib. “Yimpaş” şirkətinin taleyi isə bir neçə həftə ərzində həll olunub.

"Yimpaş" biznes mərkəzi. Aşqabat, 2016

“Yimpaş” biznes mərkəzi. Aşqabat, 2016

Qeyd edək ki, Türkiyə hakimiyyəti Güleni 15 iyul çevriliş cəhdinin arxasında durmaqda ittiham edir, Gülen isə bunu təkzib edir.

NƏ VAXTSA GÜLÜNÇİ İDİ…

Baş verənlərin “Yimpaş Holding”in direktorlar şurasının sədri Dursun Uyarın bir zamanlar gülençi olması ilə bağlılığı əvvəllər də qeyd edilirdi. Ancaq indi bu versiyanı dövlət məmuru təsdiqləyir.

“Yimpaş Holding” əvvəllər Türkmənistandakı türkmən-türk liseylərinə və Aşqabaddakı türkmən-türk universitetinə maddi dəstək verirdi. Bu təhsil müəssisələri Fethullah Gülenin “Hizmet” təşkilatının himayəsində idi.

2007-ci ildə Almaniyanın istintaq orqanlarının dələduzluqda ittiham etdiyi, daha sonra bir il ərzində Türkiyədə həbsdə olmuş Dursun Uyar heç vaxt siyasi baxışlarını biruzə verməyib.

Bu il noyabrın əvvəlində şirkətə yaxın olan bir neçə mənbə Azadlıq Radiosunun türkmən xidmətinə “Yimpaş” ticarət mərkəzinin hakimiyyətin təzyiqinə məruz qaldığını bildirib. Məsələn, şirkətin konvertasiya imkanları məhdudlaşdırılıb, ticarət mərkəzində yerləşən pərakəndə satış dükanlarına xarici mal satmaq qadağan edilib ki, bunun da nəticəsində ümumi dövriyyə 70 faiz azalıb.

Türkmənistan hökuməti hələ də “Yimpaş” ticarət mərkəzlərinin bağlanması və binalarının sökülməsi ilə bağlı heç bir şərh verməyib.

MÜQAVİLƏ 49 İLİK İDİ

“Yimpaş Holding”in Türkiyənin Yozqat şəhərində yerləşən baş ofisindən bildiriblər ki, şirkət özünün Türkmənistandakı fəaliyyəti ətrafında baş verənləri şərh etməyəcək.

Nazirlikdən olan mənbə həmçinin təsdiqləyib ki, Türkmənistanla “Yimpaş Holding” arasında torpağın icarəsinə dair müqavilə 49 illiyinə bağlanıb.

Mənbənin sözlərinə görə, hökumətin türk şirkəti ilə mümkün məhkəmə çəkişməsinə getməmək üçün binanı bərpa edərək gələcəkdə Sənayeçilər və Sahibkarlar Birliyinə verməsi variantı nəzərdən keçirilir.

1999-cu ildə açılmış “Yimpaş” ticarət mərkəzi 20 min kvadrat metrlik qapalı ərazidə yerləşirdi. 2007-ci ildə bu əraziyə daha 18 min kvadrat metrlik sahə əlavə olunub. Ticarət mərkəzində onlarla xarici və yerli ticarət mərkəzinin nümayəndəliyi fəaliyyət göstərirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam