Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

İtkin düşən neftçinin qardaşı:"qızı atasını səsləyib ağlayır"

deniz

 

 

"Həyat yoldaşının iki dəfə ürəyi gedib"

Xeberinfo.com:  Bu gün Xəzər dənizində estakadada baş verən qəzada itkin düşən neftçilərdən biri də Ramiz Abbasovdır.

Qardaşı Mübariz Abbasov Meydan TV-yə bildirib ki, Ramiz 15 ildən çoxdur maşinist vəzifəsində çalışır:

“Gecə növbəsində idi. Gecə 12-1 radələrində ailəsi ilə də danışmışdı. Ətini kəssələr də danışan, şikayətlənən adam deyildi. 12-13 yaşlarında iki övladı var. Oğlu sakitdir, amma qızı atasını səsləyib ağlayır. Həyat yoldaşının iki dəfə ürəyi gedib. Sizinlə danışa bilməyəcək”.

İdarədən Mübariz Abbasova axtarışların getdiyini bildiriblər.

Ramiz Abbasovun digər qardaşı – Yadigar Abbasov da dənizçıdır, başqa estekadada çalışır. Onun sözlərinə görə, qəza baş verən gün güclü külək olub: “Adətən qəzalı meydança olarsa, işçiləri başqa meydançaya təxliyə edirlər”.
Ramiz Abbasov 10 yanvar 1970-ci il təvəllüdlüdür. Salyan rayonu Xıdırlı kəndində yaşayıb.

15 dekabrda səhər saat 5 radələrində N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində estakada uçub. Estakadanın üzərindəki yaşayış köşkü də dağılıb. İlkin məlumata görə, 9 nəfər itkin düşüb, bir nəfər həlak olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam