Redaktor seçimi
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
Günün xəbəri

“Fazil Məmmədovun sifarişi ilə girov saxlanılıram”

fazil-mamedov1Şərlənərək həbs edilən vəkil Əliabbas Rüstəmovun apellyasiya şikayətinə baxılıb.

Xeberinfo.com:   Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən iclasda Əliabbas Rüstəmov məhkəmə tərkibinə etiraz edib. O, bildirib ki, barəsindəki cinayət işi tamamilə qondarmadır və ona bəraətverici əsaslarla xitam verilməlidir: “Ortada heç bir cinayət yoxdur. Mən sadəcə, Fazil Məmmədovun maliyyə maxinasiyalarını ifşa etdiyimə görə onun sifariş ilə girov saxlanılıram”.

Hakim bildirib ki, etiraza Bakı Apellyasiya Məhkəməsinin sədri baxıb qərar verməlidir. Bu səbəbdən də məhkəmə prosesi iyulun 22-nə qədər təxirə salınıb.

Xatırdadaq ki, Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı CM-nin 312-ci (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb. O, Beyləqan sakini olan, barəsində vergidən yayınmaya görə cinayət işi başlanmış vətəndaşdan cinayət təqibini dayandırmaq üçün rüşvət vermək məqsədilə 95 min manat pul almaqda təqsirləndirilir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il həbs cəzası alan Əliabbas Rüstəmov ittihamı rədd edir. O, bildirir ki, həmin məbləğin 90 mini hüquqlarını müdafiə etdiyi şəxsin vergi borcunun banka ödənilməsi üçün, 5 mini isə vəkil kimi xidmətinə görə ona qonorar kimi verilib.(azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam