Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Direktor rüşvət alarkan həbs edildi

 

           

 

                                                        95 minlik rüşvət...

 

    Beyləqan rayon sakininin onun hüquqlarını müdafiə etmək üçün müqavilə bağladığı “Yasavul” MMC-nin direktorunun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib. 

 

     "Xeberinfo.com": Baş Prokurorluğun mətbuat xidmətindən əldə etdiyimiz  məlumata görə, istintaq-əməliyyat tədbirləri zamanı MMC-nin direktoru Əliabbas Rüstəmovun Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması müqabilində guya işin ibtidai istintaqını aparan şəxsə səlahiyyətlərinin icrası ilə əlaqədar bilə-bilə qanunsuz hərəkətlər etməyə görə 90 min manat məbləğində rüşvət verilməsi üçün ondan həmin rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanmışdır. 

     Baxış zamanı Ə.Rüstəmovun üzərindən 95 min manat məbləğində nağd pul, habelə xidməti otağından ibtidai istintaq üçün əhəmiyyət kəsb edən sənədlər aşkar edilərək götürülüb. Ə.Rüstəmov Cinayət Məcəlləsinin 312.2-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam