“Rus dünyası türk düyası ilə toqquşub”
Rusiya Suriya münaqişəsini daha çox uzadır. Parisdə baş verən terror aktlarından sonra Qərbi bürümüş həyəcan Moskvada da hiss olunur. Metro qatarları bir neçə saniyəliyinə tuneldə dayandıqda və yaxud çıxışdakı eskalatorun qarşısında insan kütləsi yığılan zaman, sərnişinləri qorxu və həyəcan bürüyür.
Xeberinfo.com: İki rus hərbçisinin Suriya-Türkiyə sərhədində ölməsi Vladimir Putinin necə bir “qaranlıq deşiyə” daxil olduğunu göstərir. Rusiyalılar televiziya ekranlarından ilk dəfə olaraq, Suriyada İŞİD-lə apardıqları müharibənin qanlı üzünə şahidlik ediblər. Moskvadakı Suriya səfirliyi önünə yığılan yüzlərlə insan vurulmuş Rusiya təyyarəçiləri ilə bağlı etirazlarını bildirirdilər. Onların plakatlarında Putinin dediyi sözlər yazılmışdı: ”Arxadan vurulmuş bıçaq zərbəsi”. (El-Pais.İspaniya)
Rusiyalıı müxalifətçi Aleksey Navalnıy baş vermiş hadisə ilə əlaqədar öz bloqunda yazıb:”Ərdoğan və Putin öz ölkələrinin əhalisinin diqqətini daxili problemlərdən yayındırmaq üçün xarici siyasətdən istifadə edən “əkiz qardaşlar”dır. Onların hər ikisi imperiya ritorikalarından və ambisiyalarından şəxsi hakimiyyətlərini və var-dövlətlərini artırmaq üçün istifadə edirlər. Onların hər ikisi sosial şəbəkələrə və azad KİV-lərə nifrət bəsləyirlər. Həlak olmuş pilot mənasız müharibənin qurbanıdır. Türkiyə bu evdə kimin sahibkar olduğunu göstərdi. Ərdoğan türk silahının qələbəsindən, Putin isə assimetrik cavab verilməsindən və Türkiyənin Rusiya imperiyasının dirçəlməsindən qorxduğundan danışır”.
Jurnalist Pavel Kazarin facebook səhifəsində yazır ki, Rusiya Türkiyə ilə özünü Ukraynadakı kimi aparıb. Moskva icazə verilmiş sərhədləri yoxlamağa başlayıb, lakin Ankara Türkiyənin sərhəd rayonları zonasında yaşayan Suriya türkmənləri faktorunu nəzərə alaraq, bu sərhədlərin harada qurtardığını ona göstərib. Putin Ərdoğanın bu etnik qrupun qorunmasına haqqı olması və onun öz ölkəsi sərhədləri xaricində müdafiə etdiyi türk dünyası ilə toqquşub. Ərdoğanın bu mövqeyi Putinin Donbasda rus dünyasını müdafiə etməsi arqumentinə oxşayır. Jurnalistin fikrinə görə mahiyyət etibarı ilə rus dünyası türk düyası ilə toqquşub.
İŞİD-ə yaraqlılar göndərən Qafqazdakı əhalinin deqradasiya olunmasını həyacanla qarşılayan yerli sakinlərin içərisindəki məsuliyyətli, sülhpərvər və mədəni insanlar Rusiyanın Suriyadakı hərəkətlərini böyük narahatçılıqla izləyirlər. Qafqazda özlərinə iş tapa bilməyən və gələcək üçün perspektiv görməyən gənclər Suriyaya gedərək İŞİD-in sıralarına qoşulurlar. Onlar döyüşməyə gedirlər. Çünki savadsız olduqları üçün istənilən şəxs onları yoldan çıxara bilər. Digər tərfdən isə bu gənclər şəxsi həyatları barəsində düşünmürər. Qafqazdakı vəzifəli şəxslərin fikrinə görə, dövlət intensiv iqtisadi inkişaf planları üzərində işləməli və təhsil sferası üçün böyük investisiyalar həyata keçirməlidir. Lakin bunların heç birinə pul yoxdur. Çünki hal-hazırda həqiqətən də pul güc strukturlarına və hərbi sənayeyə xərclənir.
Vəziyyətin belə hal aldığı bir vaxtda Qərb öz qorxusuna elə qərq olub ki, artıq heç kimi Qafqazda baş verənlər və əsasən də anti-tetor əməliyyatları nəticəsində Kabardin Balkar respublikasının paytaxtı Nalçikdə 14 nəfərin məhv edilməsi maraqlandırmır.
Dağstanda tətil edən yük avtomobilləri sürücülərinin öz etirazlarını Moskvaya qədər aparacaqları xəbərdarlığı Rusiya mərkəzi televiziyasında demək olar ki, yer almır. Rusiya yük avtomobillərindən vergilərin tutulmasını bundan sonra prezident Putin ilə birlikdə dzyudo ilə məşğul olmuş Arkadi Rotenberqin oğlu İqor Rotenberqin rəhbərlik etdiyi özəl şirkət həyata keçirəcək. Uzaq magistrallı sürücülər bütün Rusiya üzrə tətil edirlər, amma Qafqazada işsizlik səviyyəsi çox yüksək olduğuna görə, bəzən yük avtomobili onun sürücüsü üçün öz ailəsini saxlamağa yeganə gəlir mənbəyi sayılır. Yeni gəlirlərin tutulması isə onsuz da yüksək olmayan məvacibli sürücülərin vəziyyətini daha da ağırlaşdırır.
Rəsmi bəyanatlara görə Rusiya Suriyada İŞİD sıralarındakı döyüşlərdə bərkimiş və təcrübə toplamış öz vətəndaşlarını bombalayır ki, onlar vətənlərinə qayıtmasınlar. Ancaq əsl həqiqətdə hər şey daha mürəkkəbdir. Bir tərəfdən Suriyadakı İŞİD döyüşçülərinə endirilən aviazərbələr nəticəsində Rusiyadan gəlmiş həmin yaraqlılar öz yerlərini dəyişə bilərlər. Digər tərəfdən isə onlar hətta Rusiyaya gedərlər. Bu hər hansı binanın sökülməsi nəticəsində çatlaqlarda yaşayan tarakanların qonşu binaya köçməsi ilə müqayisə edilə bilər. Elə də ola bilər ki, Putin Suriya ilə məşğul olduğu bir vaxtda, Rusiyanın Qafqaz respublikalarındakı vəziyyət gözlənilmədən daha da kəskinləşər.
AzPolitika.info