Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

"Sabiq MTN-çilərin çoxu göstəriş yerinə yetirdiklərini deyir"

 

"MTN işinə görə həbs olunanların hər biri ilə bağlı ayrıca istintaq hərəkətləri aparılır. Əksəriyyəti deyir ki, müdiriyyətin göstərişlərini yerinə yetiriblər".

Xeberinfo.com:   Məlumata görə, bunu Azadlıq Radiosuna «MTN işi»nə görə həbs olunanlardan biri Mehman Abdullayevin vəkili Kamandar Nəsibov deyib:

«Hər biri ilə bağlı ayrıca istintaq hərəkətləri aparılır. Kimdəsə üzləşmə, kimdəsə dindirmə gedir. Müxtəlif vaxtlarda tutublar. Biri dünən (noyabrın 24-də-red.) tutulub, biri 15 gün əvvəl. Ona görə hər birinin epizodu ilə bağlı ayrı-ayrılıqda istintaq hərəkətləri aparılır».

AYRI-AYRI SAXLANIRLAR

Həbs olunanlar Bakı İstintaq Təcridxanasında saxlanılır. Kamandar Nəsibov söyləyir ki, tutulanlar birlikdə saxlanılmır:

«Bir cinayət işində ittiham olunduqlarına görə bir-birlərindən ayrı saxlanılırlar. Ancaq başqaları ilə bir yerdədirlər. Yəni, bir neçə adamlıq kamerada saxlanılırlar».

MTN-nin 21 sabiq zabiti reketçilik, qanunsuz həbslər, hədə-qorxu ilə tələbetmə və s. ağır cinayətlərdə ittiham olunurlar. Qeyd edək ki, Baş Prokurorluq noyabrın 25-də bu barədə rəsmi məlumat yayıb.

Məlumatda deyilir ki, cinayətlər idarə rəisi olan generalların başcılıq etdiyi bir necə zabit qrupu tərəfindən həyata keçirilib.

57 nəfər sahibkar və ayrı-ayrı vətəndaşlar bu günədək zərərçəkmiş şəxs kimi tanınıb. Onlara dəymiş zərər on milyonlarla ölçülür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam