Daha bir məmur rüşvət alarkən həbs edildi

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Suraxanı rayon tibbi-əmək ekspert komissiyasının sədrini həbs ediblər.
Xeberinfo.com: Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.
İnformasiyaya görə, komissiya sədri Fasad Mustafayev rüşvət aldığı məqamda yaxalanıb.
Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov virtualaz.org saytına açıqlamasında faktı təsdiqləyərək araşdırma getdiyini bildirib.










AZ
RU