Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Sabiq nazirin xaricdəki biznesini neyləyəcəklər?

 

Onun «imperiyası»na daxil olanəcnəbilər kimə hesabat verəcəklər?

Xeberinfo.com:   Eldar Mahmudovun macəraları davam edir. Bu “imperiya”dan daha kimlərin vənələrin çıxacağını təxmin etmək olar. Amma hələ ki, yalnız “məsləhət görülən” faktlar üzə çıxarılır. “Məsləhət görülməyən” faktlar o məsələlərə aiddir ki, həmin sahələr yalnız Eldar Mahmudova aid deyil, şərikli biznesdir. Brilyantlarla dolu bankaları isə boş verin. O bankalardakı ya brilyant deyildi, ya da brilyantları boşaldıb yerinə şüşə qırıntıları doldurublar. Bir neçə banka brilyantı vurulmuş bir kadrın villasında saxlamazdılar. O villa Eldar Mahmudov işdən çıxarılandan iki gün sonra daranıb və “təmizlənib”.

Amma Eldar Mahmudovla şərikli biznesin nə faktları, nə də kadrları hələ ki, ortalıqda görükmür. Özəlliklə də, xaricdəki biznes və ya xaricilərlə olan bizneslə bağlı faktlar ya gizlədilir, ya da gözardı edilir. “Xarici”lərin birinci sırasında isə Iran vətəndaşı olan şəxslər dayanır. Onlar əcnəbi deyillər, çünki əsasən Güney Azərbaycanlılardır. Sonrakı sırada isə Panama-filan kimi ölkələr gəlir, amma bu barədə hələ sonra…

Birinci sırada dayanan xaricilər, yəni Güney Azərbaycandan olan şəriklər haqqında məlumatlar nə qədər gizlədilsə də, daha tez ortalığa çıxır. “Azadlıq”a daxil olan məlumatlarda bildirilir ki, Eldar Mahmudovun himayə etdiyi güneylilərin böyük bir şəbəkəsi var və onların hansının Iran dövləti ilə əlaqələrinin olub-olmadığı da bilinmir. Bu adamlardan bəzilərinin Iran vətəndaşlığı var, bəziləri isə mühacirlərdir.

Keçmiş Milli Təhlükəsizlik nazirinin yaxın dostlarından biri də əslən Güneydən, Zəncan şəhərindən olan, hazırda isə Kanadanın Vankuver şəhərində yaşayan “Meyn Dvelopment Ltd.” şirkətinin təmsilçisi Kazım Əsgəridir. Kazım Əsgəri Eldar Mahmudovun tikinti işlərinə nəzarət edib. Ola bilər ki, indi də həmin işlər onun nəzarəti altında olaraq qalır, amma patron dəyişib. Hər halda, Mahmudovun biznes imperiyasını araşdıranlar o qədər də sadəlövh deyillər ki, onun kontrolunda olan tikinti sektorundan xəbərsiz olsunlar. Onlar sadəlövh olsalar, elan edərdilər k, Eldr Mahmudovun soyduğu sahibkarların pulları və əmlakı özlərinə qaytarılacaq. Kazım Əsgəri Eldar Mahmudovla təkcə iş ortağı olmayıb, həm də bu münasibətlər şəxsi dostluğa çevrilib və bu dostluğun hansısa təmənnalar üzərində qurulmadığını iddia edə bilmərik. Bu dostluğun dəlillərindən də biri budur ki, onların hətta Badamdardakı villaları da qonşudur, “getməgözümdən, gedərəm özümdən” dostluq prinsipi əsasında tikilib. Bizdə olan məlumatlara görə isə Eldar Mahmudovun tikinti biznesi yalnız Azərbaycan ərazisində deyil, bir çox başqa ölkələrdə də qurulub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam