Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Nazir bir neçə komandiri işdən qovdu

zakirhesenov1Xəbər verdiyimiz kimi Ali Baş Komandan İlham Əliyevin əmri ilə, sentyabrın 6-dan 13-dək Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüşə hazırolma və döyüş qabiliyyətinin yoxlanılması məqsədilə Komanda Qərargah Hərbi Oyunları keçirilib.
"Xeberinfo.com":   Məlumata görə, ölkədə böyük rezonans doğuran təlimlərə hətta mülki şəxslər, ehtiyatda oilan zabitlər də cəlb edilmişdi.
Təlimlərdən sonra Müdafiə Nazirliyində Zakir Həsənovun sədrliyi ilə kollegiya iclası keçirilib. İclas zamanı hərbi təlimlərdə səhvə yol vermiş bir neçə hərbi hissə komandiri işdən çıxarılıb.
Bu barədə AzNews.az-a hərbi jurnalist, ekspert Üzeyir Cəfərov məlumat verib. Bildirib ki, Z.Həsənov hərbi təlimlər zamanı ən xırda səhvə yol vermiş şəxsləri belə cəzalandırıb.
Belə ki, cəzalandırılan müxtəlif ranqlı komandirlərdən bəziləri işdən azad edilib, bəzilərinin rütbələri alınıb, bəzilərinin vəzifələri isə kiçildilib.
Qərarını Kollegiya İclasında açıqlayan Z.Həsənov bildirib ki, müharibə vəziyyətində olan, hər an müharibənin başlayacağı bir ölkənin komandiri vaxtında düzgün qərar qəbul etməyi bacarmalıdır və ən xırda səhvə yol verməməlidir: “Bu işdə məsul olan heç kimin ən xırda səhvi belə etməyə haqqı yoxdur. Çünki milyonlarla insanın və bir ölkənin taleyi o ən xırda qərardan asılı ola bilər”.
Bundan əlavə, nazir təlimlərdə fərqlənən şəxsləri də mükafatlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam