Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daha bir dövlət qurumunda struktur islahatı gözlənilir

 

Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin (İB) fəaliyyəti əhali tərəfindən müsbət qiymətləndirilmir.

 

"Xeberinfo.com":  Sözügedən qurum vətəndaşları keyfiyyətli və fasiləsiz olaraq mavi yanacaqla təmin edə bilmir. Halbuki, birliyin qarşısında duran əsas vəzifə istehlakçıların fasiləsiz şəkildə qazla təmin edilməsidir. Lakin Əkbər Hacıyev birliyə baş direktor təyin olunandan bu yana ölkə əhalisinin mavi yanacaqla təminatı daha acınacaqlı hala düşüb. Bu sahədə aşkara çıxarılan korrupsiya faktları İB-in fəaliyyətindəki qaranlıq məqamların bariz göstəricisidir.

Əksəriyyət isə "Azəriqaz"ın tam potensialı ilə işləyə bilməməsini Əkbər Hacıyevin idarəçilik qabiliyyətinin istənilən səviyyədə olmaması ilə əlaqələndirir. Araşdırmalar göstərir ki, "Azəriqaz" Dövlət Neft Şirkətinin tabeliyinə keçəndən sonra uzun illər bu sahədə təcrübəsi olan işçilərin bir çoxu dəyişdirilib. Kadr islahatları bəzi səbəblərlə əlaqələndirilir: "Çünki yeni gələn rəhbərlər də, sıravi işçilər də bu qaydaları bilmirdi. Əvvəllər ən azı ayda bir dəfə mənzillərdə mövcud qaz xətlərinin, istifadə olunan qaz cihazlarının yoxlanması qaydası dəyişdirilərək ildə bir dəfəyə keçirilib. Cihazların yararlılığının yoxlanması qaydası ləğv edilib. Vətəndaşlar bu boşluqdan istifadə edərkən istədikləri cihazları istədiyi qaydada özfəaliyyətlə, yəni layihəsiz quraşdırmağa başlayıblar. Mərkəzləşdirilmiş istilik sistemi olmayan, kombi quraşdırılmayan hündürmərtəbəli evlərin də əksər mənzillərində qaz radiatorları, hündürlüyü və sahəsi uyğun gəlməyən vanna otaqlarında qazla yanan "kalonka"lar, suqızdırıcıları quraşdırılıb. Baş direktor bu sahəyə yad adam olduğu üçün nəyi necə etməli olduğunu bilmir. Uzun illər bu sahədə təcrübəsi olan işçilər-çilingərlər, ustalar, texniklər, xidmət rəisləri, mühəndislər, idarə rəisləri işdən azad edilib. Yerinə bu işləri bilməyən, təcrübəsi olmayan adamlar gətirilib. İşə qəbul zamanı baş direktorun qohum-əqrəbasına, dostlarına yaşıl işıq yandırılıb. Ştat cədvəlləri şişirdilib, İstehsalat Birliyinin aparatındakı işçilərin sayı bir neçə dəfə artırılıb. Bundan başqa, regionlarda olan qaz-istismar idarələri qaz-istismar sahələri ilə əvəzlənib. Onlar mərkəzdə yaradılan regionlar üzrə qaz-istismar idarəsinə tabe edilib. Burada yüzlərlə yeni ştatlar yaradılıb. Effekt vermədiyinə görə bir ildən sonra ləğv edilib. Uzun illər fəaliyyət göstərmiş, oturuşmuş "Bakqaz" da onun kimi ləğv olunub. Hazırda respublikada həm istismar, həm də satış işləri çox ağır vəziyyətdədir". Əldə etdiyimiz məlumatlardan belə məlum olur ki, "Azəriqaz" İstehsalat Birliyi vətəndaşları keyfiyyətli şəkildə mavi yanacaqla təmin etmək əvəzinə, onları zəhərləyir. "Qaz təchizatı" haqqında Qanunda isə göstərilir ki, təchizatla məşğul olan orqanın əsas borcu təbii qazı təhlükəsiz qaydada istehlakçıya ötürmək, istismar vaxtı təhlükəsizlik qaydalarına ciddi nəzarət etməkdir. Təəssüf ki, "Azəriqaz" rəsmiləri əhalini yalan vədlərlə aldadır. Məlumatlı mənbənin bildirdiyinə görə, qazlaşma sahəsində vəziyyət çox acınacaqlıdır: "Son illər ərzində ölkəmizin yaşayış məntəqələrində qazlaşmanın səviyyəsi nəzərəçarpacaq səviyyədə artmayıb. Amma statistik məlumatlarda bu rəqəm 95 faiz kimi göstərilib. Əvvəllər əhaliyə təbii qaz təmizlənib, ziyanlı, yanmayan qazlardan, tərkibindəki toz, qum qatışığından ayrılaraq verilirdi. O vaxt istehsal (ARDNŞ) və istismar edən (Azəriqaz QSC) ayrı-ayrı təşkilatlar idi. Birinin digərinə tabeçiliyi yox idi, biri satan, digəri alan idi. İndi isə bunlar hər ikisi bir əldədir. Qazın istehsalının miqdarının şişirdilməsi birbaşa istismarı və satışından asılıdır. Qazın tərkibinin təmizlənməsi, müxtəlif qatqılardan ayrılması baş direktoru maraqlandırmır. Əhaliyə verilən təbii qazın tərkibində xeyli miqdarda yanmayan, yaxud tam yanmayan zəhərli qazlar var. Bu qazlar da istehlak olunan təbii metan qazının miqdarını təyin etmək üçün qurulan sayğacdan keçir, lakin yanmır. Ona görə də qəbul edilmiş qazın faydalı iş əmsalı, istiliyi az, məsrəfi (1 kubmetri 0,1 man) çox olur". Mənbəmiz deyir ki, "Azəriqaz" istehlakçılarının hüquqlarını pozmaqla məşğuldur: "Əvvəllər qurulmuş 2.5 kubmetr/saat gücündə olan sayğaclar 4.0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzlənib. Bu sayğacların əvvəlkilərdən fərqi təxminən istehlak olunan qazın miqdarını 2-2.5 dəfə artıq qeyd etməkdir. Bunu da "Azəriqaz" özünün tabeliyində olan "Qazsazlama" müəssisəsi vasitəsilə həyata keçirir. Burada sayğaclar laboratoriyada nizamlanmalı, standartlara uyğunlaşdırılmalı, sonra Standartlaşdırma və Patent üzrə Komitənin ayrılmış nümayəndəsi ilə plomblanmalıdır. Təəssüf ki, bu proseslər həmişə "Azəriqaz"ın xeyrinə, əhalinin, idarə və müəssisələrin ziyanına həyata keçirilir". Yazının əvvəlində qeyd etdiyimiz kimi, Ə.Hacıyevin bu sahədə bir gün də olsa, təcrübəsi yoxdur. Yəni o qeyd olunan sektora yad birisidir. Baş direktorun tərcümeyi-halına nəzər salsaq, bir sıra şübhəli məqamlara rast gələ bilərik. Belə ki, o orta məktəbi bitirən kimi indiki Sankt-Peterburq şəhərinə yollanıb. İddialara görə, bu şəhərdə ticarətlə məşğul olub. Daha sonra hansısa yollara baş vuraraq mühəndislik diplomu alıb və 1990-cı illərin ikinci yarısında Azərbaycana qayıdıb. Etibarlı mənbənin sözlərinə görə, adıçəkilən məmur yüksək rütbəli şəxslərdən biri ilə qohumluq əlaqələrindən istifadə edərək "Maye qaz" özəl müəssisəsi yaradaraq propan qazının satışı ilə məşğul olub: "Daha sonra isə "Neftyağ" zavoduna direktor təyin olunub. 2009-cu ilin iyulunda "Azəriqaz" ARDNŞ-in tabeliyinə veriləndə bura baş direktor təyin edilib. Məhz bundan sonra İstehsalat Birliyində vəziyyət dəyişməyə başlayıb. Belə ki, Əkbər Hacıyev "Azəriqaz"a qohum-əqrəbasını və həmyerlilərini yığıb. Onun qohumu və həmyerlisi olmayan işçilər müxtəlif bəhanələrlə işdən çıxarılıb". Qeyd edək ki, cənab prezident İlham Əliyev son vaxtlar struktur islahatları həyata keçirir. Buna misal olaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsini göstərmək olar. Digər mühüm struktur islahatı isə elektrik enerjisinin paylanması və satışı funksiyasının "Azərenerji"dən alınaraq "Bakelektrikşəbəkə"nin bazasında yaradılan "Azərişıq"a verilməsi oldu. Ölkə başçısı bu islahatın səbəbini açıqlayaraq deyib ki, bölgələrdə elektrik enerjisi ilə təchizatı yaxşılaşdırmaq üçün dəfələrlə verdiyi göstərişlər, görülən inzibati tədbirlər nəticə vermədiyinə görə bu struktur islahatını həyata keçirib. Özəl mənbələr isə bildirir ki, eyni aqibət "Azəriqaz" və onun baş direktorunu da gözləyə bilər: "Təbii qazın paylanması və satışı funksiyalarının "Azəriqaz"dan alınması, həmçinin ölkədə təbii qazın paylanmasını və satışını həyata keçirmək üçün müstəqil ASC-nin yaradılacağı gözlənilir. Bunu zəruri edən amillər var. Çünki ölkə rəhbərliyi "Azəriqaz"ın qarşısında ciddi tapşırıqlar qoymuşdu. Buna qədər isə sözügedən sistemdə ciddi maxinasiyalar, abonentlər tərəfindən qaz oğurluğu baş alıb gedirdi. Nəticədə "Azəriqaz"da hər il böyük həcmdə qaz itkisi qeydə alınırdı, qaz operatoru satdığı qazın pulunu yığa bilmirdi. 2009-cu ildə prezident bu sahədə vəziyyəti kökündən dəyişdirmək üçün struktur islahatlarına getdi - "Azəriqaz"ın nəhəng məbləğdə borcu silindi və bu struktur ARDNŞ-in tərkibinə verildi. Tarif Şurası isə əhaliyə satılan təbii qazın qiymətini iki dəfə artırdı, bununla da "Azəriqaz"ın gəlirlə işləməsinə imkan yaradıldı. Buna baxmayaraq, qaz operatorunun fəaliyyətində ciddi nöqsanlar qalır. Məsələn, abonentlərin smart tipli sayğaclarla təchiz olunmasına, qaz xətlərinin yenilənməsinə rəğmən, qaz itkisinin həcmində radikal azalma baş verməyib. Rəsmi statistik rəqəmlərə görə, təkcə 2013-cü ildə "Azəriqaz"da qaz itkisi 7,2 faiz (təxminən 890 milyon kubmetr) təşkil edirdi.

Əslində isə itkilərin miqdarının daha yüksək-ildə 1-1,2 milyard kubmetr olduğu təxmin edilir. Lakin itkilərin "Azəriqaz"ın rəsmən təsdiq etdiyi kimi 7-8 faiz arasında olduğu qəbul edilsə belə, bu, dəhşətli dərəcədə yüksək rəqəmdir. Digər tərəfdən, "Azəriqaz" ölkədə qazlaşdırma səviyyəsini prezidentin müəyyən etdiyi səviyyəyə - 95 faiz səviyyəsinə qaldırmağa hələ də nail olmayıb.

Bölgələrdə qazlaşdırma işləri ləng gedir. Elə buna görə də baş direktorun vəzifədən kənarlaşdırılması, ümumiyyətlə "Azəriqaz" İstehsalat Birliyinin ləğvi məsələsi gündəmə gəlib".

Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. \\ gundelik-baku.com \\


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam