Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azəristiliktəchizat”la “Azəriqaz”ın qalmaqalı: Sakinlər bu il də soyuqdan donacaqlar

“Noyabrın 15-dən etibarən mənzillərə istilik verilməsinə başlanacaq”.

Xeberinfo.com:  Bu haqda “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.

R.Əliyev ötən ilin payız-qış mövsümündə abonentlərin istiliklə təchiz olunmasında yaranan problemlərin olmayacağına ümid etdiyini bildirib:

“Hazırda təmsil etdiyim qurumla “Azəriqaz” arasında olan borc məsələsinin həll edilməsi istiqamətində işlər aparılır. Çalışacağıq ki, ötən ilki kimi yubanma olmasın. Amma konkret söz deyə bilmirəm. Onu deyə bilərəm ki, noyabrın 15-dən etibarən “Azəristiliktəchizat”ın bütün qazanxanaları payız-qış mövsümünə tam hazır olacaq”.

Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev məsələ ilə bağlı açıqlama verib.

O bildirib ki, “Azəristiliktəchizat” ASC sərf etdiyi qaz üzrə təxminən 35-38% səviyyəsində ödəniş edir:

“Respublikada 510 qazanxana mövcuddur ki, mövsüm başlayanda ilkin olaraq debutor borcu olmayanlara mavi qaz verilməsi təmin olunacaq. Yerdə qalanlarla bağlı aidiyyatı quruma dəfələrlə müraciət olunub. Biz gözləmə mövqeyindəyik”.

İ.Kərbalayev deyib ki, cari ilin 9 ayı ərzində “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz” İstehsalat Birliyi (İB) qarşısında əlavə olaraq 8 mln. 416 min manat həcmində debitor borcu yaranıb.

Onun sözlərinə görə, “Azəriqaz” İB payız-qış mövsümündə əhalinin fasiləsiz şəkildə təbii qazla təmin olunması üçün bütün zəruri tədbirləri görüb: “Payız-qış mövsümü ilə əlaqədar respublika üzrə 7 211 km qaz xətti quraşdırılıb, 321 km qaz xətti əsaslı təmir olunub. Qəza hadisələri istisna olmaqla əhali hətta qarlı-şaxtalı günlərdə də təbii qazla fasiləsiz, tələbata uyğun şəkildə qazla təmin olunacaq. Bu məsələ qurum rəhbərliyinin birbaşa nəzarətinə götürülüb”.

Xatırladaq ki, 2015-2016-cı ilin payız-qış mövsümündə iki dövlət qurumu arasında yaranan borc probleminə görə, paytaxtdakı mənzillərin istiliklə təchizatı təxminən 1 aya yaxın gecikdirilmişdi. (modern.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam