Redaktor seçimi
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Cavanşir Feyziyev Seçki Məcəlləsinin tələblərini NECƏ POZUR? – 
Günün xəbəri

Azərbaycan:karantindən əvvəlki həyata qayıtmaq mümkündürmü?

 

 Azərbaycanda iki aya yaxın davam edən karantin rejiminin yumşaldılmasından sonra iş yerləri mərhələli şəkildə bərpa olunmağa başlanıb.

Yenixeber.org: Karantin rejimi bəzilərinə təsir etməsə də, əhali arasında uzunmüddətli fasilədən sonra işə və dərsə getmək istəməyənlər, bir növ "tənbəlləşdiklərini" deyənlər də var. Sosial şəbəkələrdə tez-tez "indi səhər 8-də kim işə gedəcək?" kimi suallara rast gəlmək olur.

Karantin məhdudiyyətlərindən sonra normal həyat rejiminin bərpası insanlara psixoloji və sosial cəhətdən necə təsir edəcək? İnsanlar əvvəlki sosial vərdişlərinə qayıda biləcəkmi?

Bizə danışan psixoloq Azad İsazadə və sosioloq Zəminə Səfərova bu və digər suallarla bağlı məsləhətlər verib:

                                     Ailə üzvlərinizə, yaxınlarınıza kömək edin

Psixoloq Azad İsazadə deyir ki, Azərbaycanda karantinin tətbiqi və karantindən çıxma mərhələli şəkildə həyata keçirildiyi üçün bu, insanlara az təsir edib və insanların çoxu karantindən sonra küçələrə "daha müsbət emosiya, daha ümidlə" çıxacaq.

Lakin evdə oturmağı xoşlayanlar, həssas insanlar üçün normal həyatın bərpası çətin ola bilər.

"Şüuraltımız bizi xilas edir, daimi qorxu və dərd içində yaşamaq olmur deyə təhlükəni hiss etməməyə, ona öyrəşməyə başlayırıq. Buna görə də əhalinin çoxu psixoloji sarsıntını çox yüngül keçirdi. Elələri də var ki, hələ də panikanın təsiri altında qalır və bu, uzun müddətə keçəcək. Burada insanın yaxınlarının köməyi olmalıdır və onu yavaş-yavaş evdən çıxarmalıdırlar,"- psixoloq əlavə edir.

                                        Qorxularınız artarsa, peşəkarlara müraciət edin

Cənab İsazadə söyləyir ki, evdə qalmağı sevən insanlarda uzun müddət evdə qalmaq vərdişi yarandığından çölə çıxmaq istəməyə bilərlər.

Kütlənin çox olduğu yerlərdən qorxan insanlarda isə, bu qorxular koronavirusla bağlı arta bilər.

"Məsələn, elə insanlar var ki, karantin şərtlərinin yumşaldılmasına baxmayaraq, çölə çıxmaq istəmirlər və ya indiyədək bir dəfə də sms icazədən istifadə edib çölə çıxmayıblar. Bu qorxularınız artarsa, peşəkarlara müraciət edin. Bununla mütləq peşəkarlar ciddi şəkildə məşğul olmalıdırlar".

                                            Tənbəlləşmək hissi normaldır

Azad İsazadə deyir ki, tənbəlləşən insanların sayı az olmasa da, evdə darıxıb işə gedəcəyini bayram edənlər də var.

Psixoloq uzun müddətli fəaliyyətsizlikdən sonra tənbəlləşməni təbii hal hesab edir.

Onun sözlərinə görə, 3 aylıq yay tətilindən qayıdan şagirdlər, məzuniyyətdən sonra işə çıxanlar eyni hissi keçirirlər.

Cənab İsazadənin fikrincə, bu problemin həlli üçün, sadəcə, zamana ehtiyac var.

                                           Məlumat axtarmayın

Azad İsazadə deyir ki, karantində olan insanın vaxtı əvvəlkindən daha çox olduğuna görə daha çox məlumat toplamağa, saytlardan, televiziya kanallarından, qəzetlərdən mümkün qədər informasiya almağa çalışırdı.

Bu informasiyalar bir-birindən çox fərqli və hətta ziddiyyətli olduğuna görə o, məlumat toplamaq vərdişlərini azaltmağı məsləhət görür.

"Məlumat axtarmayın. Etibar etdiyiniz 2-3 mənbəni seçib ümumi vəziyyət haqqında öyrənin. Rəsmi məlumatı da texniki məlumat kimi oxuyun. Çünki indi məlumatlar o qədər fərqlidir ki, insan çaşır və qərar qəbul edə bilmir. Biz başa düşməliyik ki, bu gün dünyada heç kimdə Covid-19 ilə bağlı real məlumat yoxdur, çünki bu, təzə problemdir və alimlər bunun üzərində işləyirlər. Evdə oturmaqla məsələ həll olmur, ona görə də inandığımız mənbələrdən məlumat alıb həyata davam etməliyik".

                                              Həyat davam edir

Azad İsazadə deyir ki, postpandemiya dövründə insanların reaksiyaları kəskinləşə bilər. Buna səbəb isə iş yerlərinin bərpası, planlaşdırılan tətil və səyahətlərin ləğvi və sair ola bilər.

"Psixoloji cəhətdən pandemiya əhalinin 100 faizinə təsir edib. Pandemiyadan sonra aqressiv insanlar daha aqressiv, depressivlər daha depressiv, melanxolik insanlar daha melanxolik ola bilər. İnsanlar başa düşməlidirlər ki, həyat davam edir. Başa düşmək lazımdır ki, həyat həmişə gözəl olmur, dalğavaridir, bəzən dalğa yuxarı qaldırır, bəzən aşağı salır".

                                           Uşaqlara istiqamət verin

Psixoloq karantin müddətində uşaqların iki aya yaxın qapalı yerdə qaldıqlarını və topladıqları enerjinii sərf etmək üçün onların düzgün yönləndirilməsinin vacib olduğunu deyir.

Azad İsazadə bu işdə valideynləri düzgün qərar verməyə və uşaqlara qarşı zorakılıqdan uzaq olmağa çağırıb.

"Dünya statistikası göstərir ki, bu iki ay ərzində uşaqlara qarşı ailə zorakılığı artıb. Valideynlər başa düşməlidirlər ki, uşaqlar enerjilərini harasa sərf etməlidirlər. Postpandemiya dövründə uşaqları rəqsə, idmana və ya gəzintiyə aparsınlar ki, yığılmış enerji sərf edilsin".

                                           Bəzi vərdişlərdən imtina edin

Cənab İsazadə söyləyir ki, insanlar pandemiyadan sonra bəzi sosial vərdişlərindən imtina etməlidirlər. O, hazırki vəziyyətdə zərərli ola bilən vərdişlərdən imtinanın bir neçə il davam edə biləcəyini söyləyir.

"Azərbaycanda salamlaşanda əl sıxmağı, qucaqlaşmağı, öpüşməyi xoşlayırlar. Bundan başqa, əlimizi tez-tez üzümüzə vururuq. Biz hələ pandemiyanın birinci dalğasının təsirindən çıxırıq. İkinci və üçüncü dalğaların olması istisna deyil. Buna görə də bu kimi vərdişlərdən uzaqlaşmalıyıq".

                                             Arxayınlaşmayın 

Sosioloq Zəminə Səfərova deyir ki, karantin şərtlərinin yumşaldılması insanları arxayınlaşdırmamalıdır. Çünki bunun əks fəsadları ola bilər.

"Şərtlərin yumşaldılması heç də əhalidə arxayınlıq yaratmasın, əks halda bu şərtlər daha da sərtləşdirilə bilər. İşə çıxan sahibkarlar öz işçilərinə nəzarəti gücləndirməlidirlər. Əgər haradasa boşluq yaranarsa, pandemiyanın yenidən alovlanması baş verəcək. Biz birlikdə olduğumuzu əməllərimizlə də göstərməliyik".

                                         Sosial məsafəni qoruyun

Zəminə Səfərova bundan sonra da çölə çıxan insanları sosial məsafəni qorumağa və qoyulan qaydalara əməl etməyə çağırır.

"Ehtiyac olmadığı halda evdən çıxmamaq, lazımsız səfərlərdən yayınmaq, sosial məsafəni saxlamaq lazımdır. Bu, hər birimizin məsuliyyətidir. Bu sadə qaydalara əməl etsək, pandemiyanın öhdəsindən gəlməkdə davam edərik. Əks halda, qaydalar sərtləşdirilsə, bizi isti havalarda yenidən evdə qalmaq təhlükəsi gözləyə bilər".(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam