Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Bir aylıq karantin rejimi müsbət nəticələr verib” - Musa Quliyev

“Bir aylıq karantin rejimi müsbət nəticələr verib” - Musa Quliyev
Karantin rejiminin yumşaldılması ölkədəki epidemioloji vəziyyətlə bağlıdır. Bir aylıq karantin rejimi kifayət qədər müsbət nəticələr verib.
Yenixeber.org: Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Onun sözlərinə görə, qısa müddət ərzində koronavirus pandemiyasının ölkədə nəzarət altına alınmasına imkan yaradılıb.

“Artıq bir necə gündir ki, yoluxanların sayı azalır, sağalanların sayı artır. Bu, yaxşı meyildir. Lakin o demək deyil ki, koronavirusun ikinci dalğası olmayacaq. Çünki virusun xarakteri elədir ki, xəstəliyin yayılmasında spiralvari qalxma-enmələr müşahidə edilir. Başqa ölkələrdə də belə hallar baş verib”.

Komitə sədri bildirib ki, vətəndaş olaraq hər birimiz Operativ Qərargahın tövsiyyələri, verdiyi qərarları icra etməliyik. “Qaydaların pozulmamasına çalışmalıyıq. Karantin rejiminin yumşalmağı və ya mayın 4-dən sonra ayrı qərarın qəbul olunması koronavirusun ölkədən gedəcəyi demək deyil. ÜST nümayəndələri elan ediblər ki, yaxın bir il ərzində koronavirus bizimlə olacaq. Biz bir-birimizi qorumalıyıq. Ehtiyac olmayan hallarda təmaslardan çəkinməliyik, sosial məsafələri gözləməliyik. Kifayət qədər ciddi şəkildə sanitar-gigiyena qaydalarına riayət etməliyik. Bir müddət özümüzü qorumalıyıq, soyuqdəymə əlamətləri hiss edən kimi həkimə müraciət etməliyik”.

M.Quliyev qeyd edib ki, karantin rejiminin tətbiqi ciddi zərurətdən irəli gəlir: “Prezident İlham Əliyev də çıxışında bildirmişdi ki, bizə sual verilsə iqtisadiyyat, yoxsa insan sağlamlığı. Biz birinci yerə insanların sağlamlığını qoyuruq və insanların sağlamlığının qorunması üçün hər itkilərə getməyə hazırıq. Əgər insanların sağlamlığına təhlükə azalıbsa və ya minimuma enibsə, iqtisadiyyatımızın və sosial həyatımızın davam etdirilməsini düşünməliyik. Uzun müddət karantin rejimində yaşamaq həm ölkəni müflis edər, həm insanları kasıblaşdırar. Onun sosial psixoloji ağırlaşmaları ola bilər. Karantinə zərurət azaldıqca, biz rejimindən çıxmalıyıq. Məktəblər açılmalı, ali təhsil müəssisələrində dərslər başlamalı, işləyənlər öz işlərini davam etdirməlidir. İstehsalatı da yenidən canlandırmalıyıq ki, əhalinin həm ərzaq, həm digər təminatlarını həyata keçirək və əvvəlki sosial normal həyatımıza dönək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam