Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Azərbaycanda karantin rejiminin nə qədər uzadılacağı ilə bağlı -AÇIQLAMA


Hazırda həm Azərbaycanda, həm də dünyadakı mövcud vəziyyəti, o cümlədən pandemiyanın yayılma sürətini nəzərə alsaq, karantin rejiminin uzadılması labüddür.

Yenixeber.org: Bunu REAL-a TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri Vasif Əliyev deyir.

O, müddətin nə qədər uzadılacağına gəlincə, bunun xəstəliyin gedişatdan asılı olduğunu, vəziyyətin dəyərləndirilməsindən sonra məlum olacağını deyir.

TƏBİB-in rəsmisi rejimin qısa müddət uzadılacağını güman edir.

Karantin qaydalarının yumşaldılmasına gəlincə, bunun üçün yalnız Azərbaycanda yox, eyni zamanda dünyada xəstəliyə səbəb olan virusun yoluxma qabiliyyəti zəifləməlidir.

Eyni zamanda xəstəliyə yoluxmuş insanların kliniki vəziyyəti kritik olmamalıdır. Vasif Əliyev yalnız bundan sonra karantin vəziyyətində müəyyən yumşalmaların ola biləcəyini deyir.

O ki qaldı ölkəmizdə xəstəliyin pik həddinə çatacağı vaxta, TƏBİB-in rəsmis bunu müəyyən etməyin mümkün olmadığını deyir. Çünki Azərbaycanda ciddi karantin rejimi mövcuddur və xəstəlik nəzarət altındadır:

Qeyd edək ki, indiyə qədər ölkəmizdə 1 283 nəfərin koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfəri vəfat edib, 808 nəfərin isə xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam